2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Rəsmi Bakı Ararat Mirzoyanın çıxışından narazı qalıb

Rəsmi Bakı fevralın 8-də Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulmasına həsr olunmuş mərasimdə Ermənistanın Xarici İşlər Naziri Ararat Mirzoyanın Azərbaycanla bağlı fikirlərindən narazı qalıb. 

Toplum TV xəbər verir ki, bu barədə Azərbaycanın XİN-in sözçüsü Ayxan Hacızadə Mirzoyanın sözügedən mərasimdəki çıxışına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu çıxış, Ermənistanın Roma Statutuna qoşulmasının bu qurumlardan öz əsassız iddiaları, nifrət təbliğatı və beynəlxalq hüququn yanlış təfsiri üçün istifadə etmək cəhdi olduğunu nümayiş etdirir.

Saytların yığılması Saytlarin yigilmasi

Hacızadə həmçinin qeyd edib ki, Ermənistanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddialarını davam etdirməsi yalnız beynəlxalq hüququn norma və prinsiplərinin pozulması deyil, həm də Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycan Ermənistana qarşı iş üzrə 7 dekabr 2021-ci il tarixli müvəqqəti qərarı əsasında üzərinə götürdüyü öhdəliklərə ziddir. 

Qeyd edək ki, Ararat Mirzoyan sözügedən tədbirdə Azərbaycanı Ermənistana qarşı təcavüzdə, cinayətlərdə, həmçinin suveren ərazilərinin işğalında ittiham edib. 
Mirzoyan həmçinin iddia edib ki, Bakı Qarabağda 100 min ermənini məcburən öz yurdundan didərgin salıb. 

“Bu kontekstdə biz əminik ki, Roma Statutu regionumuzda sabitlik və davamlı sülh üçün etalon olmaqla yanaşı, eskalasiyanın qarşısını almaq üçün real potensiala malikdir”, – deyə o bildirib. 

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button