2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Rəsmi Bakı Borreli və Aİ-nin Ermənistandakı missiyasını ittiham edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrellin fevralın 13-dəki çıxışını kəskin tənqid edib.

Toplum TV xəbər verir ki, rəsmi Bakı Borrelli “hərbi təcavüz törətmiş Ermənistan tərəfinə bəraət” qazandırmaqda ittiham edib.

“Aİ tərəfi 5 ay sabitlik hökm sürəndən sonra heç bir təhrikedici amil olmadan snayper atəşi nərticəsində Azərbaycan hərbi qulluqçusunun yaralanmasına etinasız yanaşır”,- məlumatda qeyd olunub.

Saytların yığılması Saytlarin yigilmasi

XİN-in açıqlamasına görə, Azərbaycan tərəfindən təxribata cavab olaraq atılmış addımlar tam adekvat və lokal xarakterli olub. 

“Bununla yanaşı, bir daha vurğulamaq istərdik ki, Avropa İttifaqının ali nümayəndəsinin silahlı qüvvələrin geri çəkilməsi barədə heç bir praktiki əhəmiyyətə malik olmayan təklifi təəssüf doğurur. Aİ tərəfi nəzərə almalıdır ki, Ermənistan tərəfindən sərhədyanı bölgələrdə “Avropa İttifaqı Missiyası himayəsi” altında yerləşdirilmiş muzdlular Azərbaycan hərbçilərinin və mülki əhalisinin həyatına təhdiddir.

Azərbaycanın Qarabağ iqtisadi rayonunu könüllü olaraq tərk etmiş erməni əsilli sakinlərin məcburi köçkün kimi qələmə verilməsi və Azərbaycanın ərazisi olan bu bölgəyə münasibətdə “Dağlıq-Qarabağ” kimi mövcud olmayan adlardan istifadə edilməsi qəbuledilməzdir. Azərbaycan tərəfi dəfələrlə erməni sakinlərin öz evlərində qalması üçün müraciətlər etdiyi Aİ tərəfinə yaxşı məlumdur”, – açıqlamada qeyd olunub.

Rəsmi Bakı həmçinin Borreli birtərəfli ermənipərəst mövqe tutmaqda təqsirləndirib.

Bildirilib ki, bu, Azərbaycanla Avropa İttifaqı təsisatları arasında uçurum yaradır və özünü nəticə etibarilə, Azərbaycan-Ermənistan normallaşma prosesindən tamamilə təcrid edir.

Qeyd edək ki, Azərbaycan tərəfi fevralın 12-də Ermənistan Silahlı Qüvvələrini Zəngilan istiqamətində atəşkəsi pozmaqda və Azərbaycan əsgərini snayperlə yaralamaqda ittiham edib. Ertəsi gün Azərbaycan “qisas əməliyyatı” keçirib. Əməliyyat nəticəsində 4 erməni hərbçisinin həlak olduğu, bir neçəsinin yaralandığı, eləcə də döyüş postunun dağıdıldığı bildirilib.

Borrel atəşkəsin pozulması hadisəsini tənqid edib və tərəflərin qoşunları sərhəddən çəkməsinin zəruri olduğunu bildirib.

 

 

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button