2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Rəsmi Bakı Makronun çıxışını tənqid edib

Azərbaycan Xarici İşlər Nazirliyi ötən gün Fransa Prezidenti Emmanuel Makronun Ermənistan Baş naziri ilə birgə keçirdiyi mətbuat konfransı zamanı Azərbaycan barədə səsləndirdiyi fikirləri tənqid edib. 

Toplum TV xəbər verir ki, bu barədə fevralın 22-də XİN-in yaydığı bəyanatda bildirilir. 

Rəsmi Bakı bildirib ki, Azərbaycan ərazilərinin 30 illik işğalı dövründə susqun qalan Fransanın indi öz istəkləri ilə Qarabağı tərk etmiş ermənilərin hüquq və təhlükəsizliyindən danışması yersizdir.

Saytların yığılması Saytlarin yigilmasi

XİN hal-hazırda Ermənistanın Azərbaycanın 8 kəndini hələ də işğal altında saxladığını qeyd edib. Bildirilib ki, Fransa Ermənistanın kəndləri niyə qaytarmadığı sualına aydınlıq gətirməsi daha faydalı olardı.

“Heç bir təhrikedici amil olmadan 5 aya yaxın davam edən sabitliyi pozan Ermənistanın tənqid edilməsi əvəzinə, Azərbaycanın qeyri-proporsional cavab tədbiri görməkdə təqsirləndirilməsi qəbuledilməzdir və bu kimi qərəzli yanaşmalara son qoyulmalıdır.

Fransanın bölgədə yeni gərginlik yaratmaq, sülh və sabitliyə mane olmaq istiqamətində yürütdüyü məkrli siyasətinin heç bir nəticə verməyəcəyini bir daha bəyan edirik”, – açıqlamada bildirilib. 

Qeyd edək ki, fevralın 21-də Parisdə Nikol Paşinyanla görüşü zamanı Makron Azərbaycanla bağlı bir sıra iddialar səsləndirib. O bildirib ki, Azərbaycan hökuməti Qarabağı tərk etmiş və geri qayıtmaq istəyən ermənilərin maneəsiz qayıdışını təmin etməlidir.

Onun sözlərinə görə, Paris Ermənistanın müstəqilliyini, ərazi bütövlüyünü, həmçinin ölkədə gedən demokratik prosesləri və Yerevanın sülh istəklərini dəstəkləyəcək.

“Ermənistan Fransanın tam dəstəyinə arxalana bilər”, – deyən Makron həmçinin əlavə edib ki, Fransa Ermənistana müdafiə məqsədli hərbi texnikalarının çatdırılmasına razılıq verib. 

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button