2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Rəsmi Bakı mina məsələsiylə bağlı Yerevanı növbəti dəfə ittiham edib

“Ermənistan tərəfindən yerləşdirilmiş minaların təhlükəsi həmişə olduğundan daha aktualdır”.

Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsində məlumat yayıb.

“Tərəfdaşların Ermənistanı bu təhlükəni aradan qaldırmağa məcbur etməməsi daha çox insan itkilərinə və xəsarətlərə səbəb olur.

Saytların yığılması Saytlarin yigilmasi

Bu gün partlayış nəticəsində bir mülki şəxs ağır yaralanıb, ayağı amputasiya edilib”, – məlumatda qeyd edilib.

Xatırladaq ki, fevralın 5-də Tərtərin Qızıloba kəndində 2001-ci il təvəllüdlü Əlizadə Həsənəli Şahin oğlu minaya düşüb.

Onun bir ayağı amputasiya edilib. Həkimlər gəncin vəziyyətini ağır qiymətləndirirlər.

Rəsmi məlumata görə, 2020-ci ilin noyabr ayından bu günədək 343 nəfər şəxs mina partlayışının qurbanı olub.

 

 

 

 

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button