2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Rəsmi Bakı Paşinyanın dediklərini “böhtan” adlandırdı

Azərbaycan XİN: “Sözdə deyil, əməldə beynəlxalq öhdəliklərə riayət etməlidir”

Azərbaycanın Xarici İşlər Nazirliyi Ermənistanın Baş naziri Nikol Paşinyanın fevralın 12-də “The Telegraph” qəzetinə müsahibəsində söylədiyi fikirlərə reaksiya verib.

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirmişdi ki, Yerevan və Bakı arasında sülh müqaviləsinin arxitekturası və prinsiplərini razılaşdırıb.

Saytların yığılması Saytlarin yigilmasi

Amma Baş nazir onu da əlavə etmişdi ki, 2023-cü ilin sonunda onlar yekun müqavilənin mətni üzrə razılıq əldə etməyə çox yaxın olduqlarını düşünsələr də, Azərbaycan üç dəfə müxtəlif formatlarda danışıqlardan imtina edib.

Azərbaycan Xarici İşlər Nazirliyi Paşinyanın fikirlərini “növbəti dəfə böhtan xarakterli əsassız iddialar” adlandırıb:

“Ermənistan Baş nazirinin təmsil etdiyi ölkəsinin beynəlxalq hüququn bütün norma və prinsiplərinə, habelə istinad etdiyi Alma-Ata bəyannaməsinin məram və məqsədlərinə zidd olaraq Azərbaycan ərazilərini 30 ilə yaxın müddətdə işğal altında saxlaması faktının üzərindən keçməyə çalışması təəssüf doğurur. Bununla yanaşı, 44 günlük Vətən müharibəsindən sonra Ermənistanın üçtərəfli bəyanatın müddəalarını kobud şəkildə pozaraq, Azərbaycan ərazilərindən işğalçı qüvvələri çıxarmaması, ərazilərimizə silah-sursat, hərbi texnika və minaları ötürməkdə davam etməsi və digər kobud pozuntu və təxribatlar törətməsi barədə danılmaz faktlar Ermənistan tərəfinin əsl niyyətindən xəbər verir”.

XİN Ermənistanın hələ də Azərbaycana qarşı ərazi iddialarından əl çəkmədiyini qeyd edib:

Nikol Paşinyana yaxşı məlumdur ki, Ermənistan Praqa və Soçi görüşlərində və daha sonra Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, Azərbaycan ərazilərində yaratdığı qondarma rejimin saxta “müstəqilliyi” ilə bağlı 2023-cü ilin sentyabr ayında təbrik bəyanatları verməklə yanaşı, bu günədək beynəlxalq təşkilat və məhkəmələrdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaları davam etdirməkdədir. Ermənistanın Alma-Ata bəyannaməsinə qoşulan zaman verdikləri qeyd şərti, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa qarşı çıxan qüvvədə olan qanunvericilik aktlarının mövcudluğunu unutdurmağa çalışması da digər ciddi narahatlıq mənbəyidir”.

“Ermənistan tərəfi bu kimi təxribatlar və Azərbaycana qarşı siyasi manipulyasiya dolu fikirlər və addımlar əvəzinə, sözdə deyil, əməldə beynəlxalq öhdəliklərə riayət etməli və sülh prosesinə töhfə verməlidir”, – deyə XİN əlavə edib.

Münaqişənin qısa xronikası

Ermənistanla Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb.

2020-ci ilin sentyabrında isə uzunmüddətli atəşkəsdən sonra Azərbaycan və Ermənistan arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib.

Prezident Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxış edib.

Çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button