2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Rəsmi Bakı: Rusiya sülhməramlılarının qalma müddəti 2025-ci ildə yekunlaşır

Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın “Rusiyayla Qarabağdakı sülhməramlılarının gələcəyini müzakirə etməsiylə” bağlı iddialara cavab verib. 

Toplum TV xəbər verir ki, bu barədə XİN sözçüsü Ayxan Hacızadə fevralın 13-də açıqlama yayıb. 

Onun sözlərinə görə, Azərbaycanın ötən il bölgədə həyata keçirdiyi antiterror tədbirlərindən sonra, sülhməramlı kontingentin gündəlik fəaliyyəti, onların müxtəlif ehtiyacları ilə bağlı mütəmadi görüşlər keçirilməsi və müzakirələr aparılması ehtiyacı yaranıb:

Saytların yığılması Saytlarin yigilmasi

“Bununla yanaşı, sülhməramlıların yerləşdiyi ərazilərimizdə Ermənistan silahlı qüvvələri tərəfindən son 3 il ərzində genişmiqyaslı minalanma fəaliyyəti aparıldığı və ərazidə partlamamış hərbi sursat problemi nəzərə alınaraq, bu təhdidlərin aradan qaldırılması istiqamətində birgə səylərin həyata keçirilməsi üzrə məsləhətləşmələr aparılması zərurəti mövcuddur”. 

Ayxan Hacızadə xatırladıb ki, 10 noyabr tarixli bəyanata əsasən, Rusiya sülhməramlı kontingentinin Azərbaycanda qalma müddəti 2025-ci ildə yekunlaşır.

Qeyd edək ki, Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov bir neşə gün əvvəl “İzvestiya” qəzetinə müsahibəsində bildirib ki, Rusiya və Azərbaycan Qarabağdakı rus sülhməramlılarının gələcəyini fəal şəkildə müzakirə edirlər. Onun sözlərinə görə, hazırda tərəflər Rusiya sülhməramlıları ilə bağlı danışıqların növbəti raundunun tarixlərini razılaşdırırlar.

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button