2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Rəsmi Bakının ermənilərə etibarlı təhlükəsizlik təminatı – Qərbi Azərbaycan Xronikası 

Rəsmi Bakının ermənilərə etibarlı təhlükəsizlik təminatı - Qərbi Azərbaycan Xronikası 

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun təqdimatında növbəti analitik süjet hazırlanıb.

Saytların yığılması Saytlarin yigilmasi

“Report” xəbər verir ki, “Qarabağ erməniləri Azərbaycan vətəndaşı olacaqlarmı? adlı süjetdə rəsmi Bakının və beynəlxalq ictimaiyyətin ermənilərin Azərbaycan ərazisində təhlükəsiz yaşaması üçün bütün təminatları verdiyi vurğulanır.

Bildirilir ki, Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməli, ya da özləri üçün başqa yaşayış yeri tapmalıdırlar: “Azərbaycan ölkə Konstitusiyasına tabe olan bütün vətəndaşların təhlükəsizliyini təmin edir və bununla dövlətin əsas qanununa tam əməl edir. Rəsmi Bakının vətəndaşları olan ermənilərə Azərbaycan ərazisində təhlükəsiz yaşamasına təminat verməsini beynəlxalq ictimaiyyətdə də dəstəkləyir. ABŞ-ın Ermənistandakı səfiri Kristina Kvin deyib ki, ermənilər Qarabağda Azərbaycanın tərkibində təhlükəsiz yaşıya bilərlər”.

Süjetdə separatçıların tör-töküntülərinin lideri Araik Arutyunyanın Rusiya Prezidenti Vladimir Putinə “yardım məktubu” ünvanlamasına da yer verilib: “Bu onu göstərir ki, Azərbaycanın və beynəlxalq ictimaiyyətin təminatı və dəstəyinə araiklər məhəl qoymaq istəmirlər. Bunlar öz soydaşlarının, yəni ermənilərin başını bəlaya salıb. 100 ildir xülya ilə yaşadıqlarını reallıq kimi qəbul edən bu ünsürlər Azərbaycanın ərazi bütövlüyü, sülh, təhlükəsizlik və regional əməkdaşlıq üçün böyük maneə və əngəl yaradırlar”.

Həmçinin ABŞ başda olmaqla beynəlxalq ictimaiyyətin 300 mindən çox qərbi azərbaycanlının Ermənistan vətəndaşlığı ilə bağlı pozulan hüququna göz yumduğu vurğulanır, Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların öz vətənlərinə qayıtmasına şərait yaratmağın rəsmi İrəvanın öhdəliyi kimi göstərilir.

Analitik süjet bu fikirlə yekunlaşır: “Azərbaycanın Qarabağ iqtisadi rayonunda yığcam şəkildə yaşayan ermənilərin Azərbaycan vətəndaşlığının təmin olunması ilə yanaşı, qərbi azərbaycanlıların güc tətbiqi ilə məhrum edildikləri Ermənistan vətəndaşı hüququnun da təmin olunması ədalətin qələbəsi olar. Bu, regionda etimad və etibar mühitinin gücləndirər, daimi və davamlı sülhün yaranmasına təkan verər. Bu, Azərbaycanın Ermənistan ərazi iddiası deyil, qərbi azərbaycanlıların repatriasiyası və ya vətəndaşlığının tam təmini deməkdir”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet iyulun 13-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button