2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“Rəsmi Bakının etimadını itirən ABŞ yeni təzyiq elementlərini işə salmaq niyyətindədir” – RƏY

Prezident İlham Əliyevin qətiyyətli mövqeyi ilə Azərbaycana münasibətdə bütün mümkün təzyiq rıçaqlarından məhrum olan və özünün qeyri-adekvat və qərəzli davranışları ilə rəsmi Bakının etimadını itirən ABŞ yeni təzyiq elementlərini işə salmaq niyyətindədir.

Saytların yığılması Saytlarin yigilmasi

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

“Görünən odur ki, indiki mərhələdə hədəf Azərbaycan ictimai mühitində qarşıdurma yaratmaqdır. Qərbdən maliyyələşən və Azərbaycanda Amerikanın tezisləri ilə hərəkət edən media və qeyri-hökumət təşkilatlarının son günlər anti-Azərbaycan fəaliyyətinin gücləndirilməsinin effektiv nəticə verməməsi, Vaşinqtonun özünü alternativlərə müraciət etməyə, daha dəqiq desək, ABŞ-də təhsil almış azərbaycanlıları prosesə qoşmağa məcbur edib.

ABŞ-Azərbaycan münasibətlərinin gərginləşdiyi və ölkəmizə münasibətdə açıq formada beynəlxalq hüququn prinsiplərinə zidd şəkildə hücumlarını artırdığı bir vaxtda ABŞ-nin Azərbaycandakı səfirliyinin Amerikada təhsil almış bir qrup azərbaycanlı məzunla görüş təşkil etməsi başqa cür izah oluna bilməz”, – deputat deyib.

Xüsusən yalnız səfirliyin kriteriyaları əsasında seçilmiş məzunların tədbirə dəvət edilməsi bu istiqamətdə şübhələri daha da artırır: “Əlbəttə, Amerikada təhsil almış azərbaycanlı məzunları bütövlükdə Vaşinqtonun agentura şəbəkəsinin subyektləri hesab etmək olmaz, lakin noyabrın 27-də planlaşdırılan “məzunlarla görüş”ün iştirakçıları arasında daha çox bu tip insanların üstünlük təşkil edəcəyi ehtimalları böyükdür.

Bu mənada, təqsirsizlik prezumpsiyasının qorunması şərti ilə məxfi əməkdaşlığa cəlb edilmiş iştirakçıların ifşa olunması və xarici xüsusi xidmət orqanlarının, təşkilatların və ayrı-ayrı şəxslərin Azərbaycanın müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, konstitusiya quruluşuna, iqtisadi, müdafiə, elmi-texniki potensialına və digər milli maraqlarına zərər vura biləcək pozuculuq əməllərinin aşkarlanması, qabaqlanması və qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanları tərəfindən müvafiq əməliyyat tədbirləri həyata keçirilməsi suveren hüququmuzdur. Hər kəs əmin ola bilər ki, qlobal arenada aşkar qeyri-dost davranışlar nümayiş etdirən Vaşinqtonun Azərbaycan daxilində də milli maraqlarımızın həyata keçirilməsinə mane olan cəhdlərinə və ya dövlət maraqlarımıza təhlükə yaradan hər hansı şərait, proses və amillərə imkan verilməyəcək”.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button