2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Rəsmi Moskva: Bakı ilə ermənilərin Qarabağa qayıtması perspektivi müzakirə edilir

“Azərbaycan və Rusiya ermənilərin Qarabağa qayıtması perspektivlərini müzakirə edirlər. 

Toplum TV xəbər verir ki, bunu fevralın 14-də Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova gündəlik brifinq zamanı deyib.

Onun sözlərinə görə, Moskva və Bakı arasındakı dialoq müntəzəm və konstruktiv xarakter daşıyır. Müzakirə olunan məsələlər arasında erməni əhalisinin hüquqlarının və təhlükəsizliyinin lazımi qaydada təmin olunmaqla Qarabağa qayıtması perspektivləri, birgə patrul xidmətinin təşkili, mədəni, tarixi və dini abidələrin mühafizəsi də var.

Saytların yığılması Saytlarin yigilmasi

Zaxarova qeyd edib ki, Rusiya Sülhməramlı Kontingentinin Qarabağdakı fəaliyyəti ilə bağlı növbəti Rusiya-Azərbaycan təmaslarına hazırlıq davam edir.

XİN rəsmisi həmçinin bildirib ki, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi İqor Xovayev tezliklə Yerevana səfər edəcək. Qeyd edilib ki, Xovayev Ermənistan-Azərbaycan normallaşmasının təfərrüatlarını müzakirə edəcək. 

Bundan əvvəlsə Xovayev Bakıda olub. O, səfəri zamanı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Azərbaycan və Ermənistan arasında sülh prosesinin perspektivlərini, eləcə də regionda baş verən son hadisələri müzakirə edib.

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button