“Rabitə işi” üzrə məhkəmə keçirildi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə Nazirliyinin yüksək vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin icraatlnda olan prosesdə vəkillər müdafiə çıxışı ediblər.
Zərərçəkmiş kimi tanınan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Vüqar Babayev çıxış edərək iclasın təxirə salınmasını istəyib: “Təqsirləndirilən şəxslərdən dəymiş ziyanla bağlı ödəmələr edənlər var. Ödənişlər başa çatmadığından mövqeyimiz konkret deyil. Xahiş edirik ödəmələr bitənə qədər iclas təxirə salınsın”.
Hakim bildirib ki, zərərçəkmişlərin dəymiş ziyanı ödəməsi ilə bağlı məhkəməyə sənəd daxil olmayıb: “Növbəti iclasda ödənişlərlə bağlı sənədlər bizə təqdim edilsə, vaxt məsələsinə baxa bilərik”.
Məhkəmə prosesi iyunun 2-də davam etdiriləcək.