2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Ramiz Mehdiyev haqqında absurdla dolu məqalə

Milli Şuranın sədri Cəmil Həsənli

1941-ci ildə Sovet qoşunları İrana daxil olanda Azərbaycan SSR-dən göndərilən siyasi işçiləri orada “Vətən yolunda” adlı bir ordu qəzeti nəşr edirdilər. Qəzetin redaktoru Rza Quliyev, əməkdaşları isə ədəbiyyatda ilk addımlarını atan Ənvər Məmmədxanlı, Qılman Musayev və digərləri idi. Qəzetin mətbəsi eyni zamanda Güneyin gənc şair və yazıçılarının kiçik kitablarını da nəşr edirdi. Bir gün həmin mətbədə Təbrizin gənc şairlərindən birinin ilk kitabı çıxmışdı və o, redaksiya işçilərinə aftoqrafla kitabını hədiyyə edirdi. Yeni dram əsərləri yazmağa başlayan Ənvər Məmmədxanlı üçün afoqrafda yazmışdı ki, dahi Azərbaycan dramaturqu Ənvər Məmmədxanlıya, həmin vaxt ilk hekayələrini yazmış Qılman Musayevə yazmışdı ki, dahi Azərbaycan yazıçısı Qılman Musayevə və sair. Bunlar bir birinə baxıb dedilər ki, ağayı İztirabi (ad şərtidir) sən ki, bu dahi sözün bizə yazdın, bəs müdirimiz Rza müəllimə nə yazacaqsan? İzdirabi qələmi gicgahına dirəyib bir az fikirləşəndən sonra yazdı ki, “Nabiqey əsr Rza Quliyevə!” – yəni əsrin bir dənəsi Rza Quliyevə!

Saytların yığılması Saytlarin yigilmasi

Bu əhvalat dünən “Ayna” qəzetində Ramiz Mehdiyevin 82 yaşı ilə bağlı Şərəf xanım Cəlillinin “Kəbəsi Azərbaycan, qibləsi Ulu Öndər ucalığı” adlı yazısını oxuyanda yadıma düşdü. Təsəvvür edirsinizmi Şərəf xanım Ramiz Mehdiyevi kimlərlə müqayisə etmir? Mirzə Kazım bəylə giriş etdikdən sonra Salari hökmdarı Mərziban İbn Məhəmməd, Moğol hökmdarı Çingiz Xaqan, Fateh Mehmet, Ağqoyunlu Uzun Həsən, Cahanşah Həqiqi, Qazi Bürhanəddin, Şah İsmayıl Xətai, Hüseyn Bayqara, Alp Arslan və oğlu Məlikşah, Nizamülmülk, Xoca Nəsirəddin Tusi, İsa Məsih, Həllac Mənsuru, Şeyx Cəmaləddin Əfqanini, Tonyu Kuk, Seyid İmadəddin Nəsimi Şirvani, Şah İsmayıl, I Şeyx İbrahim, Şah Təhmasib, Şeyx Mənsur, Mövlana Barik, Şeyx Bədrəddin Bin Şeyx Şəmsəddin, Şeyx Məhəmməd İbn Barik, Atatürk, Rusiyanın türk və müsəlman xalqlarının assimliyasa siyasətinə rəhbərlik edən İlminski və daha kimlərlə. Amma nədənsə Napoleon yaddan çıxıb. Ən azından Ramiz müəllimin heç olmasa boy baxımından Napoleona bir az oxşarlığı var. Məqalədə adı keçən XX əsr Azərbaycan mütəfəkkirlərini də bura əlavə etsək uzun bir siyahı alınar.

Narahatçılıq doğuran budur ki, hakim ailənin “müqəddəsləri” haqqında difiramba yazmaq üzrə ixtisaslaşmış Şərəf xanım bu qədr həşəmətli bənzətmələri ki, Ramiz Mehdiyev haqqında yazıb, indi bəs Heydər Əliyev və İlham Əliyevi haqqında bir şey yazmaq istəsə onları kimə bənzədəcək? Cəlilli xanım bu məsələdə bir az özünü çətinə salıb.

Deməli Şərəf xanım yazır ki, 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası açılanda Ramiz müəllimin cəmi-cümlətanı “ikicə yaşı olub (deyəsən axı 7 yaşı olub). Ayağı təzəcə yer, dili təzəcə söz tutub. Yazmağı, oxumağı, yazılanları yozmağı da qanmayıb.” Vallah, Şərəf xanım siz deyən şeyləri Ramiz müəllim heç 82 yaşında da qanmır və onun nə elmə, nə də Akademiya heç bir aidiyyəti yoxdur. Adından nəşr olunmuş kitabların da çoxusunu nəinki özü yazmayıb, heç insafa gəlib oxumayıb da.

Müəllif iddia edir ki, fəlsəfə, tarix, dilçilik (ensiklopedik obraz yaratmaq üçün) elmlərinin inkişafında Ramiz Mehdiyevin cahanşümul xidmətləri var. İnsafən Ramiz müəllimin tarixlə dilçiliyin kəsişməsində dahiyanə bir fikri var idi. Təxminən on il əvvəl “Azərbaycan” qəzetində “Gorus: absurd teatrı” adlı bir məqaləsində Ramiz Ənvəroviç yazırdı ki, ermənilər bu yanlış hərəkətləri ilə özlərini “küncə təpişdirdilər”. Bu tapıntı Ramiz müəllimin yadındaşına necə həkk olunmuşdusa, adam özün eyni üsulla Akademiyanın prezidenti postuna “təpişdirdi” və Gorusdan da betər absurd teatrı Elmlər Akademiyasının səhnəsinə qoyuldu. 1945-ci ildə Elmlər Akademiyası yaranandan bəri ilk dəfədir ki, ona elmə heç bir aidiyyəti olmayan, elmi korrupsiya ilə məşğul olan, ayrı-ayrı şəxslərin və kollektivlərin hazırladığı keyfiyyətsiz cızma qaraları mənimsəyib öz adına nəşr etdirən birisi rəhbərlik edir. Bu təyinatla İlham Əliyev prezident aparatını “təmizləmək” adı altında Elmlər Akademiyasını da murdarladı, onun fatihəsini verdi. Sanki bunlar and içiblər, əhd ediblər ki, ölkədə müqəddəs bir yer qoymayacaqlar.

Şərəf xanım Ramiz Mehdiyevin siyasi fəaliyyətindən danışanda onu “ulu öndərin” (orjinalda bu ifadə böyük hərflərlə yazılıb) böyük vəziri adlandırır, Xacə Nizamla, Nizamülmülklə müqayisə edir. Amma nədənsə yada salmır ki, Azərbaycan Kommunist Partiyası Mərkəzo Komitəsinin 1988-ci il plenumunda ona qarşı ittiham irəli sürəndə ki, sən Heydər Əliyevin adamısan, adam dirəşmişdi ki, onun Heydər Əliyevə heç bir yaxınlığı olmayıb, siyasi karyerasında Heydər Əliyevin heç bir rolu olmayıb, onu komsomol işinəTeymur Süleymanoviç (Teymur Əliyev), partiya işinə isə Həsən Əzizioviç (Həsənov) irəli çəkib (və ya əksinə). Bunun üçün sadəcə qeyd edilən plenumun stenoqramına göz gəzdirmək lazımdır.

İndi deyək ki, Şərəf xanım zəmanədən ilhamlanaraq Ramiz Mehdiyevin bu “fütuhatı və mövludu” haqqında ağzına gələni yazıb. Bəs, “Ayna” qəzeti XXI əsrin 20-ci illərində cəmiyyətin əxlaqını pozan bu yazını necə dərc edib? Axı, bir neçə il əvvəl bu qəzet, elə Ramiz Mehdiyevin dəbirliyi ilə qapanmışdı. Vallah, deyəsən dünya bizim təsəvvür etdiyimizdən daha sürətlə dəyişir, indi gəl belə zəmanə ilə ayaqlaş da!

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button