2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Razi Nurullayev də prezidentliyə namizəd oldu

Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayev növbədənkənar Prezident seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb. 

Toplum TV xəbər verir ki, bu barədə dekabrın 18-də partiyadan məlumat verilib. 

Bildirilir ki, barədə Partiyanın bu gün keçirilən iclasında qərar qəbul edilib. 

Saytların yığılması Saytlarin yigilmasi

Bununla da Azərbaycanda növbədənkənar Prezident seçkilərinə namizədlərin sayı 6-ya çatıb. 

Bundan əvvəl hazırkı Prezident İlham Əliyevin, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafanın, Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Orucun, Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayevin və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin Prezidentliyə namizədliyi irəli sürülüb.

Müxalifət partiyaları – Müsavat Partiyası seçkilərdə iştirak etməmək, Azərbaycan Xalq Cəbhəsi Partiyası isə seçkiləri boykot etmək barədə qərar qəbul edib.

Azərbaycanda növbədənkənar prezident seçkiləri 2024-cü ilin fevralın 7-də keçiriləcək.

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button