2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Razi Nurullayevin saytı da bağlanır – SƏBƏB

Ötən ilin yayında AXCP-dən ayrılan Razi Nurullayev yeni AXCP yaradıb qurultay keçirmişdi. R.Nurullayev əsl AXCP-nin onun rəhbərliyi altında olan qurum olduğunu bəyan edərək partiyanın möhürünə də iddia etmişdi.

Dünən axşamdan etibarən isə bir sıra mətbu orqanlarda Razi Nurullayevin rəhbərlik etdiyi qurumun buraxılması haqda məluatlar yayılıb.
24saat.org-a daxil olan məlumata görə, təşkilat hazırda çox çətin durumunu yaşayır. Belə ki, Razi Nurullayevin əksər müavinləri qurumdan ayrılıb. Mehman Muradlı, Rahib Hacıyev bir neçə ay bundan öncə istefa verərək qurumu tərk ediblər. Dünən isə Cavid Musazadə təşkilatdan istefa verdiyini bəyan edib.
24saat.org-a daxil olan məlumatda bildirilir ki, qurumdan istefalara səbəb Razi Nurulayevin proyektinə ayrılan pulun kəsilməsidir. Razi Nurullayev partiya rəhbərliyində olan hər birş şəxsə ayda 500 azn-ə qədər mavacib verirdi. İndi isə bunu edə bilmir. Razi Nurullayev həmçinin cebhe.info xəbər portalına da əvvəlki kimi pul ayıra bilmir. Belə ki, işçilərin əmək haqqı 2 dəfə azaldılıb. Yaxın vaxtlarda cebhe.info saytının da bağlanması gözlənilir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button