2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Real Partiyası Prezident İlham Əliyevi təbrik edib

Respublikaçı Alternativ (REAL) Partiyası Siyasi Komitəsinin sədri İlqar Məmmədov İlham Əliyevi yenidən Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik edib.

Toplum TV xəbər verir ki, bu barədə Partiyanın fevralın 8-də yaydığı bəyanatda bildirilir. 

Saytların yığılması Saytlarin yigilmasi

“Ərazi bütövlüyümüzün bərpasında rolunuza yekun siyasi qiyməti vermiş prezident seçkisində qələbəniz münasibətilə Sizi təbrik edir, bir neçə aydan sonra ölkəmizin gələcəyinə həsr olunacaq parlament seçkisində rəhbəri olduğunuz partiya ilə azad və bərabər rəqabətimizin Azərbaycanda demokratiyaya yeni keyfiyyət qazandırmasını arzulayıram”, – bəyanatda qeyd olunub. 

Bundan əvvəl Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və Müsavat bəyanat yayaraq seçkilərin şəffaf keçirilmədiyini və ölkənin demokratiya sahəsində daha da gerilədiyini bildirmişdilər. 

Qeyd edək ki, fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərinin ilkin nəticələrinə əsasən, İlham Əliyev səslərin 92,05% faizini qazanıb. 

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button