2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Reanimasiyadakı xalq artistinin oğlu: “Bizimlə maraqlanan yoxdur”

2 gün əvvəl ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən xalq artisti Qəndab Quliyevanın vəziyyəti ağır olaraq qalır. Bu barədə Lent.az-a tanınmış xanəndənin oğlu Hafiz Həmidov məlumat verib. O bildirib ki, həkimlər müğənninin səhhəti ilə bağlı hələlik ümidverici söz demir: “Onda həm ürək, həm də böyrək çatışmazlığı var. Üstəlik ürəyi ilə ağ ciyərinin arasına su yığıldığı üzə çıxıb. Bu azmış kimi, neçə gündür gecələr yata bilməməsi səbəbindən psixoloji durumu pozulub”.

Saytların yığılması Saytlarin yigilmasi

Hafiz Həmidov əlavə edib ki, dövlət qurumlarına mətbuat vasitəsi ilə müraciət etsələr də, anası ilə maraqlanan və ya kömək edən olmayıb: “Əgər irəliləyiş olmasa, anamı bu xəstəxanadan çıxaracam. Məcburam Türkiyəyə aparım, çünki burada müalicə etdirmək çox bahadır. Reanimasiyadakı bir gecəsinə görə təxminən 1600 manat ödəyirik”.

Qeyd edək ki, Qəndab Quliyeva hazırda Respublika Diaqnostika Mərkəzinin Reanimasiya şöbəsində müalicə olunur.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button