2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Regionlarda benzin ərşə çəkilib -Yanacaq tapılmamasnın səbəbi nədir? – VİDEO

Bir müddət əvvəl bəzi regionlarda yanacaq doldurma məntəqələrində benzin çatışmazlığı ilə bağlı sosial mediada videolar paylaşıldı.

Bu hadisənin öncə ölkənin böyük şəhərlərindən biri olan Gəncədə, daha sonra isə Xaçmaz rayonunda yaşandığını gördük. Vətəndaşlar yanacaq doldurma məntəqələrinin qarşısında gözlədiklərini və saatlarla uzun tıxacların yaranması ilə bağlı şikayət ediblər. Onlar bildirir ki, kiçik yanacaq doldurma məntəqələrində benzin yoxdur.

Regionlarda benzinlə bağlı problemin səbəbi nədir? Benzin qıtlığı niyə yaşanır?

Saytların yığılması Saytlarin yigilmasi

Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli açıqlama verib.

Ekspert bunu Neftayırma Zavodunun aylardır təmirə bağlı olması ilə əlaqələndirib:

“Bu ilin əvvəlində Neftayırma Zavodu təmirə bağlanıb.Təmirin bir neçə aya başa çatacağı gözlənilirdi. Lakin belə məlum olur ki, təmir uzanır. Ona görə istehsalımız olan dizel və Aİ-92 markalı benzinin müəyyən qədər azaldığının şahidi oluruq. Əsasən Aİ-92 markalı benzini Rusiyadan alırdıq. Ekoloji cəhətdən standartlara cavab vermədiyi üçün digər ölkələrdə onsuz da bu markalı benzin istehsal olunmur. Çox güman ki, Rusiyadan benzin alınmasında da problemlər var. Çünki Rusiyaya qoyulan sanksiyalar nəticəsində pulköçürmələrlə bağlı ciddi problem mövcuddur. Yəni pulköçürmələrin həcmi azalıb. Digər tərəfdən yerli istehsal da bunu çatdıra bilmir. Çünki vaxtında təmir işlərini başa çatdıra bilməyiblər. Buna görə də əvvəlcədən müəyyən ehtiyat toplanmalı idi. Ona görə rayonlarda müxtəlif yanacaq doldurma məntəqələrində belə problemlər yaranır. Düşünmürəm ki, bu, qlobal çatışmazlıqla nəticələnəcək. Çünki yaxın zamanlarda artıq o zavodun müəyyən hissələri artıq işə düşməlidir. Yerli istehsal işə düşəndən sonra bu çatışmazlıqla bağlı problemlər aradan qalxacaq”.

N.Cəfərli bu problemin ixracla bağlı olması iddiasının yanlış olduğunu bildirib:

“Azərbaycanın istehsal etdiyi benzinin cüzi bir hissəsi ixraca yönəldilib. Azərbaycanda “AVRO-5” standartlarına uyğun benzin istehsal olunmur. Ona görə də xaricə ixrac cüzidir. Azərbaycan Aİ-95 markalı premium benzin istehsal etməyə başlayandan sonra benzin ixrac etmək mümkün olacaq. Çünki indiki benzinin keyfiyyəti çox aşağıdır. Yəni hazırkı problem ixracla bağlı deyil. Sadəcə təmir işlərinin plansız edilməsi ilə bağlıdır. Öncədən planlaşdırılmayıb, ehtiyatlar toplanmayıb, eyni zamanda, işlərin düzgün qurulmaması nəticəsində belə problemlər yaşanır. Bir ay daha benzinlə bağlı problemləri regionlarda görəcəyik”. (Bakupost)

24 saat” “Regionlarda benzin ərşə çəkilib -Yanacaq tapılmamasnın səbəbi nədir? – VİDEO” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button