2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

RF Ermənistandan ABŞ və Aİ ilə əldə olunmuş hərbi-siyasi razılaşmalar haqqında hesabat gözləyir

Rusiya Ermənistandan aprelin 5-də Brüsseldə ABŞ və Avropa İttifaqı ilə əldə olunmuş “hərbi-siyasi razılaşmalar” haqqında açıqlama gözləyir. Bu barədə aprelin 18-də RF XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“ABŞ və Aİ nümayəndələrinin həqiqətə Brüsseldə Rusiya hərbi bazasının və Rusiya sərhədçilərinin ABŞ, NATO və Aİ mütəxəssisləri ilə əvəz olunmasını, Qərbin Ermənistan sərhədində  Azərbaycan və İrana qarşı təxribat işlərinin genişləndirilməsini, habelə Metsamor AES sökülməklə, Ermənistanın kritik əhəmiyyət kəsb edən infrastrukturunun və enerji sisteminin yenidən istiqamətləndirilməsini nəzərdə tutan planlarını Yerevana zorla qəbul etdirdiyi məlum olsa, bu, Moskvada təəccüb doğurmayacaq”, deyə o bildirib.

Zaxarova qeyd edib ki, Qərb Ermənistana yalnız regionda yeni böyük yanğını alovlandırmaq üçün üçün alət rolunu verir.

Saytların yığılması Saytlarin yigilmasi

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button