2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünyaİdman

Ronaldo “Avro-2016″da kimləri favorit görür?

“Qrup mərhələsindəki oyunlarda qələbə qazanmağımız üçün 90 dəqiqə meydanda mübarizə aparmalıyıq. Avstriya və Macarıstan güclü rəqiblərdir və çoxlarını təəccübləndirə bilərlər. İslandiyaya gəlincə onlar seçmə mərhələdə Hollandiya kimi yığmanı qabaqlamağı bacarıb”.

Qol.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, bu sözləri Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo “Avro-2016″nın qrup mərhələsindəki rəqibləri haqda danışarkən deyib.
Ronaldo həmçinin sabah Fransada start götürəcək Avropa çempionatında favorit gördüyü komandaların adlarını da açıqlayıb: “Fransa millisi güclü komandadır və turnirdə bütün rəqiblərini keçməyə qadirdi. Almanları da qeyd etmək olar. Onlar bütün turnirlərə favorit qismində gəlirlər. Bundestim son iki Avropa çempionatında uğurlu çıxış edib. Eləcə də İtaliya və İspaniyanı da unutmaq olmaz. Nəzərə alaq ki, ispanlar son Avropa çempionudurlar”.
Qeyd edək ki, Portuqaliya millisi Avropa çempionatında ilk görüşünü iyunun 14-də İslandiyaya qarşı keçirəcək.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button