2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

RSF:  İlham Əliyev ölkədə fəaliyyət göstərən müstəqil jurnalistlərə təzyiqi gücləndirib

Təşkilat jurnalistlərin həbsi ilə bağlı bəyanat yayıb

Son günlər Azərbaycanda Azərbaycanda beş jurnalist həbsə atılıb.

Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) bildirir ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkədə fəaliyyət göstərən müstəqil medialara və jurnalistlərə təzyiqi gücləndirib.

Saytların yığılması Saytlarin yigilmasi

RSF-nin bəyanatında “AbzasMedia” və “Kanal13” əməkdaşlarının həbsləri misal çəkilir.

Rüfət Muradlı küçədə söyüş söydüyü üçün saxlanılıb, polisə itaətsizlik maddəsi ilə yarğılanıb və 30 sutkaya məhkum edilib. “AbzasMedia”nın baş redaktoru Sevinc Vaqifqızı da həbs edilənlər arasındadır və o, bu yaxınlarda anası ilə görüşməlidir”.

Bəyanatda qeyd edilir ki, Rüfət Muradlının həbsi ilə son 2 həftə ərzində Azərbaycanda həbs edilən jurnalistlərin sayı altıya çatıb.

Azərbaycan hakimiyyətinin məqsədi korrupsiyanı, siyasi elitanın hərəjətlərini ifşa edən müstəqil medianı sıradan çıxarmaqdır. Özbaşına həbslər, zorakılıq və uydurma dəlillərlə edilən basqının başqa açıqlaması yoxdur. Azərbaycana Avropa Şurasının öhdəliklərini xatırladır, həbs etdiyi jurnalistləri azad etməyə çağırırıq”.

Sərhədsiz Reportyorlar Təşkilatı, Foto: By Casimiro PT/Shutterstock

RSF bildirir ki, son günlər həbs edilən “AbzasMedia”nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, media qurumun direktor müavini, ictimai fəal Məhəmməd Kekalov, reportyoru Nərgiz Absalamova və “Kanal13”ün rəhbəri Əziz Orucov tezliklə azad edilməlidir. Jurnalistlərə basqılara son qoyulmalıdır.

Azərbaycanda jurnalistlərə təzyiq həbslərlə bitmir, onlara peşə fəaliyyətlərini yerinə yetirmələrinə əngəl törədilir.

Dekabrın 2-də yerli Lənkəranda jurnalistlər  Aytac Məmmədli və Şəhla Kərimi polis saxlayıb, onlara psixoloji şiddət göstərilib”.

Bəyanatda deyilir ki, Azərbaycan hakimiyyəti müstəqil mediaya, jurnalistlərə və QHT-lərə qarşı təzyiqlərə son qoymalıdır.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button