2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Rusiya çempionunu öldürən azərbaycanlı axtarılır

Rusiyada pauerliftinq üzrə dünya çempionunu öldürən azərbaycanlı axtarışa verilib.
Xabarovsk polisi pauerliftinq üzrə dünya çempionu Andrey Draçyovu öldürməkdə şübhəli bilinən Amursk şəhər sakini, 1992-ci il təvəllüdlü Allahverənov Anar Əliyar oğlunu axtarır.
Rusiya Daxili İşlər Nazirliyinin Xabarovsk diyarı üzrə Baş İdarəsinin mətbuat xidmətindən bildirilib ki, hazırda polis onun ola biləcəyi hər yeri axtarır və şəhərin müşahidə kamerasını nəzərdən keçirir.
“Bu, onun yaşadığı, olduğu və dincəldiyi yerlərdir. Onun tanışlarının bütün dairəsi öyrənilir”, – deyə Rusiya Daxili İşlər Nazirliyinin Xabarovsk diyarı üzrə Baş İdarəsinin mətbuat xidmətindən bildirilib.
Hüquq-mühafizə orqanları həmçinin hava limanını, vağzalları və yolları yoxlayırlar. Şübhəli şəxsin olduğu istiqamətə post-patrul xidmətinin bütün əməkdaşları göndərilib.
Harada yaşaması ilə bağlı pasport qeydiyyatının tələb olunmadığı mehmanxanaların sahibləri bu barədə məlumatlandırılıb. (Report)

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button