2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Rusiya MN: Qarabağdakı sülhməramlı kontingentin şəxsi heyətinin rotasiyası başa çatıb

Bölgədəki hərbi texnikanın təmir üçün Rusiyaya göndərildiyi bildirilir

Azərbaycanın Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlı kontingentinin şəxsi heyətinin rotasiyası başa çatır.

Rusiya Müdafiə Nazirliyinin oktyabrın 31-də yaydığı məlumatda belə deyilir.

Saytların yığılması Saytlarin yigilmasi

Nazirlik həmçinin bölgədəki hərbi texnikanın təmir üçün Rusiyaya göndərildiyini bildirib.

“Sülhməramlı kontingentin şəxsi heyətinin rotasiyası, habelə planlı təmir üçün Rusiyaya silah və hərbi texnikanın göndərilməsi tamamlanır”, – deyə məlumatda vurğulanıb.

Oktyabrın 13-də Rusiya Prezidenti Vladimir Putin demişdi ki, Rusiya sülhməramlıları formal olaraq 2025-ci ilin noyabrına qədər Qarabağda qalmalıdırlar:
Formal olaraq sülhməramlılarımız orada 2025-ci ilin noyabrına qədər qalacaqlar və biz, əlbəttə ki, tərəfdaşlarla dialoqda yaxın gələcəkdə nəyi və necə edəcəyimizi müəyyənləşdirib həll etməli olacağıq. Buna danışıqlar zamanı qərar verəcəyik”.

Sentyabrın 19-dan Qarabağda sülhməramlıların 8 müşahidə və 16 müvəqqəti müşahidə məntəqəsi bağlanıb.

Son baş verən hadisələr…

Sentyabrın 18-dən Qarabağdan ölüm xəbərləri gəlməyə başlayıb.

Tank əleyhinə minaya düşən iki böyük yük avtomobilinin içərisində 14 nəfər həyatını itirib.

Bunlardan yeddisi polis, qalanı mülki şəxs olub.

Azərbaycan həmin minaların erməni diversiya qrupları tərəfindən yeni basdırıldığını açıqlayıb.

Sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyatlara başladığını elan edib.

Tələbi erməni silahlı qüvvələrinin regiondan çıxarılması olub.

Sentyabrın 28-də isə separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

Bunu sentyabrın 19-da yaranmış vəziyyətlə əlaqələndirib.

Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib.

Dövlət başçısı Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxış edib.

Prezident Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Sonuncu hərbi əməliyyat zamanı Azərbaycan 200-dən çox hərbçisini itirib. Ermənistan Xarici İşlər Nazirliyi isə 3-ü uşaq, 9-u mülki şəxs olmaqla 200-dən çox insanın öldüyü haqda məlumat yayıb.

Bu əməliyyatdan sonra rəsmi Yerevan 100 mindən artıq erməni sakinin Qarabağı tərk edərək Ermənistana köçdüyünü açıqlayıb.

Azərbaycan isə dinc erməni sakinlərin reinteqrasiya olunması ilə bağlı çağırış edib.

Müharibənin qısa xronikası

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.

Azərbaycan Xankəndi və digər ərazilərdə qanunsuz erməni silahlı birləşmələrinin olduğunu deyirdi və bu il sentyabrın 19-20-də bölgədə hərbi əməliyyat keçirib.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button