Rusiya Müdafiə Nazirliyi “Dağlıq Qarabağ Respublikası”nı tanıyır?
Bakı/03.09.21 Rusiya Dövlət Satınalmaları Vahid İnformasiya Saytında iki həftədir, yumşaq desək, qəribə bir elan yerləşdirilib.
Belə ki, 0173100004521001645 nömrəli sifarişdə belə deyilir:
“Dağlıq Qarabağ Respublikası ərazisində Rusiya Müdafiə Nazirliyinin hərbi şəhərciklər kazarma-mənzil fonduna kompleks xidmətin təşkili və həyata keçirilməsi xidmətlərinin göstərilməsi”.
Xidmətin sifarişçisi – RUSİYA FEDERASİYASININ MÜDAFİƏ NAZİRLİYİ
Başlanğıc qiyməti – 151 414 088,10 rubl. Sifariş avqustun 13-də yerləşdirilib.
Üç həftə keçməsinə baxmayaraq, Azərbaycan XİN və Moskvadakı səfirlik susur.
VİS-də səhvə yol verilibsə, onu düzəltməyən Rusiya Müdafiə Nazirliyinin mövqeyi də aydın deyil.
Bu, Rusiya hərbi idarəsinin şüurlu və ya şüursuz addımıdırsa, Bakı ən yüksək səviyyədə izahat tələb etməlidir. -02Â-