2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“Rusiya Qarabağ konfliktini heç vaxt Azərbaycanın xeyrinə həll etməyəcək” – İLHAM İSMAYIL yazır

Moskvanın qatı millətçi saytı həqiqəti yazdı: http://kolokolrussia.ru/evraziya/peregovor-po-karabahu-moskva-mejdu-erevanom-i-baku

Rusiyanın ən qatı millətçi saytlarından biri “Kolokol Rossii” 7 dekabrda Rusiya XİN sözçüsü Mariya Zaxarovanın brifinqdə Dağlıq Qarabağ konflikti ilə əlaqədar Hamburqda ATƏT xarici işlər nazirlərinin Şurasında Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün baş tutmasının mümkünlüyünü bildirib. Daha sonra cəbhə xəttində vəziyyətin gərginliyindən, konfliktin həllində hər iki ölkənin mövqeyindən bəhs edən yazıda müəllif Rusiyanın əsas mövqeyini belə şərh edib: “ Bir sözlə, Azərbaycan rəhbərliyinin yerində olsam Moskvanın ölçülü siyasətini yoxlamaz , imtahan etməzdim. Aydın məsələdir ki, Moskva başlıca forpostu və müttəfiqi olan Ermənistanı heç vaxt “satmaz”, eləcə də DQR-i “satmaz” və heç zaman konfliktin həllinin Azərbaycan modelini də qəbul etməz. Bununla belə Rusiya Azərbaycanla əməkdaşlıqda və tərəfdaşlıqda maraqlı olduğunu nümayiş etdirir. Yalnız, irimiqyaslı Azərbaycan –Ermənistan konfliktində ( müəllif Boris Cereliyevski çox vaxt Amerikadan, ABŞ-la konfliktdən yazdığından , özünə o qədər qapanıb ki,” Azərbaycan-Amerika konflikti “ yazıb) Rusiya Bakı ilə əlaqənin necə dəyərli olmasına baxmayıb , heç bir şübhə olmadan Ermənistan qarşısında öz müttəfiqlik öhdəliyini yerinə yetirəcək. Ona görə də Moskvanın əsas vəzifəsi Bakını istənilən hərbi revanşdan çəkindirməkdir”.

İlk baxışdan burda bir yeniliyik yoxdur-Rusiyanın Qarabağ problemində mövqeyi əvvəldən bəllidir: regionda mövqeyini, təsirini status-kvonu saxlamaqla qorumaq. Məsələ burasındadır ki, Azərbaycanda Moskvanın mövqeyini açıq və gizli müdafiə edən bəzi səlahiyyət sahiblərinin təsirində olan ölkəmizin bir sıra KİV-ləri az qala hər gün manşetlərdə” Rusiya Ermənistanı məcbur edir”, “Moskvanın Bakıya böyük jesti”, “Rusiya Qarabağ problemini Azərbaycanın maraqlarına uyğun həll edir” və s. kimi pafoslu başlıqlarla vətəndaşlarımızı hələ də Rusiya nağılları ilə arxayınlaşdırırlar. Təbii, bir sayt məqaləsinin Rusiyanın rəsmi mövqeyi olmadığını irad kimi deyə bilərsiniz, amma indiyədək Rusiya hansı konflikti özü yaratdığını və həllində maraqlı olmadığını rəsmən bəyan edib? Ukraynada, Gürcüstanda, Moldovada, Suriyada, Krımda, hansında? Rusiyanın mövqeyi elə bu yazılardı, Solovyovların, Kiselyovların telemüzakirələri, Jirinovskinin, Kurginyanın sərsəm çıxışlarıdı.
İşıq-qaz dərdi, çörək, kartof, soğan dərdi, iqtisadi böhran, onsuz da milləti Qarabağdan çox, ayaqda qalmaq, mövcud olmaq problemilə üz-üzə qoyub. Amma, hər gün təslimçi ovqatla yüklədikləri xalqın Qarabağ məsələsində təslim olmadığını , apreldə şəhidlərin dəfn edilməsindəki coşğusunu bir daha xatırlasınlar və ağıllarının ucundan belə keçirməsinlər ki, bizi hansısa tələyə salıb təslimçiliklə barışdıracaqlar. Bu sətirlər pafos yox həqiqətdir. Burdan o yana yol yoxdur.

Saytların yığılması Saytlarin yigilmasi

Qarabağ işğal olandan 24 il keçib. Atəşkəsdən bu tərəfə münaqişənin həlli yolunda uğur yoxsa , o demək deyil ki, düşmən dövlətlərin təhriki, dost-qardaş dövlətlərin xahişi ( bu proses gedir) ilə milləti təslimçiliyə sürükləmək, məğlubiyyətlə barışdırmaq lazımdır. Zamanı qaçırdıq, məsələni həll etmək yolundan uzaq düşdük, prioritet Qarabağ olmadı. Ölkənin təhlükəsizliyinə cavabdeh olan vacib strukturlar talançılıqla, quldurluqla məşğul oldu. Aylıq paketləri 500.000 dollar olanları Qarabağ heç vaxt maraqlandırmayıb. Bu gün belə paketlər aldıqlarını iki-üç nəfər etiraf edir, etməyənlər daha çoxdur və iş başındadırlar. İndi də deyirlər ki, Qarabağ qaçqının imtiyazlarını ləğv etmək lazımdı. Qarabağı nə vaxt alıb qaçqına verdiniz ki, hələ bir imtiyazını da ləğv edirsiz?!
Və ölkədə gərginlik yarananda, etirazlar artanda Qarabağda yalançı müharibə, yalançı döyüşlər başlayıb xalqın başını aldatmayın, “ölkədə müharibə gedir” deyib başarısızlığı Qarabağla sığortalamayın. Müharibə edəcəyiksə, bu millət işini bilib müharibə etsin, “ya Qarabağ, ya ölüm” deyib kişi kimi vuruşaq, yoxsa uşaq kimi “cicc” eləyib , nə gizlənməkdi bu?

Kimsə Qarabağı ərazi hesab edib onu itirməkdə faciə görmürsə onun bizə dəxli olmamalıdır. Qarabağ ərazi yox, VƏTƏNDİR! Vətəni itirmək elə ölmək demək deyilmi? Ölürüksə elə Vətən yolunda ölmək şərəfli deyilmi?

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button