Loading...
Loading...
Dünya

Rusiya: “Türkiyə ilə əlaqələrimiz düzəlməyəcək”

Türkiyə hakimiyyətinin anti-Rusiya mövqeyi yaxın gələcəkdə ikitərəfli əlaqələrin normallaşmasını mümkünsüz edir.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin 2015-ci il hesabatında deyilib.

“Türkiyə ilə əlaqələr müəyyən xəttə qədər davam etdi. Bəzi mövzularda o cümlədən, regional münaqişələrlə bağlı fikir ayrılıqlarımız var. Siyasi və hərbi sahədəki əlaqələrimiz tamamilə kəsilib. Mövcud durum yaxın gələcəkdə Türkiyə ilə əlaqələrimizin normallaşmasını vəd etmir”, – məlumatda vurğulanıb.

Gözdən qaçırmayın:  Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəisi hesabat verdi
Back to top button
Telegram kanalımıza abunə olun