2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Rusiya Ukraynanın cənubunda irəlilədiyini deyir

Moskva Co Bayden və Volodimir Zelenski arasında planlaşdırılan görüşü “çox diqqətlə” izləyəcək”

Rusiya qüvvələri Ukraynanın cənubunda əhəmiyyətli dərəcədə irəlilədiklərini açıqlayıb. Moskva bildirir ki, Ukraynanın cənubundakı rus qoşunları Zaporijya vilayətinin Novopokrovka kəndi ətrafında “xeyli irəliləyib”.

“Bizim bölmələrimiz Novopokrovkadan şimal-şərq istiqamətində xeyli irəliləyib”, – bunları isə Rusiya tərəfindən işğal olunmuş Zaporijya vilayətinin Moskva tərəfindən təyin edilmiş rəhbəri Yevgeni Balitski “Telegram”-da yazıb. Novopokrovka, Kiyevin yayda geri aldığını, lakin o vaxtdan bəri saxlamaqda çətinlik çəkdiyini bildirən Robotynedən təxminən 12 mil şərqdə yerləşir. Balitski deyib ki, Rusiya qüvvələri “təkcə xətti saxlamır, həm də tədricən irəliləyir”.

Saytların yığılması Saytlarin yigilmasi

Onun bu iddiaları hələ müstəqil şəkildə yoxlanılmayıb. Kreml isə açıqlayıb ki, Moskva Co Bayden və Volodimir Zelenski arasında planlaşdırılan görüşü “çox diqqətlə” izləyəcək. Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Vaşinqtonun Kiyevə verdiyi “on milyardlarla dollar” vəsait müharibənin gedişatını dəyişdirə bilməyib və gələcək yardım da eyni şəkildə, bunu edə bilməyəcək. O əlavə edib ki, uğursuzluqlar Zelenskinin nüfuzunu sarsıdır.

Co Bayden və Zelenski. Foto: Reuters

Ağ Evin bazar günü yaydığı bəyanatda deyilir ki, Bayden və Zelenski arasında dekabrın 12-də keçirilən görüş “ABŞ-ın Rusiyanın qəddar işğalına qarşı özlərini müdafiə edən Ukrayna xalqını dəstəkləməkdə sarsılmaz öhdəliyini vurğulamaq məqsədi daşıyır”.

“Rusiya Ukraynaya qarşı raket və dron hücumlarını artırarkən, liderlər Ukraynanın təcili ehtiyaclarını və bu kritik anda ABŞ-ın davamlı dəstəyinin həyati əhəmiyyətini müzakirə edəcəklər”, – bəyanatda qeyd edilib.

Ukrayna Prezidenti Volodimir Zelenski kritik 61 milyard dollarlıq hərbi yardım paketini təsdiqlədə bilmək üçün Vaşinqtona uçub. Eyni zamanda, o Böyük Britaniyanın Kiyevə bağışladığı silah, sursat və vəd etdiyi hərbi təlimlərin dəyərini artıra biləcəyinə işarə edib.

Zelenski dekabrın 12-də ABŞ Prezidenti Co Baydenlə yanaşı, həmçinin ABŞ senatorları və Respublikaçılar Nümayəndələr Palatasının spikeri Mayk Consonla da görüşməlidir. ABŞ paytaxtına gəldikdən qısa müddət sonra Zelenski Ukraynanın ABŞ-dan ümid etdiyi hərbi yardımın gələcək raundlarının gecikdirilməsini Rusiya Prezidenti Vladimir Putinin “arzularının gerçəkləşməsi” kimi xarakterizə edib. Zelenski Milli Müdafiə Universitetində çıxışı zamanı deyib:

“Putin uduzmalıdır. Siz Ukraynaya arxalana bilərsiniz, biz də ümid edirik ki, sizə arxalana biləcəyik”.

Ukrayna prezidentini təqdim edən müdafiə naziri Lloyd Austin deyib ki, Amerikanın Ukrayna ilə bağlı öhdəliyi sarsılmazdır və müharibəni dəstəkləmək ABŞ və müttəfiqlərinin təhlükəsizliyini təmin etmək üçün çox vacibdir. Digər tərəfdən, Polşanın Baş naziri Donald Tusk açıqlayıb ki, onun yeni hökuməti Ukrayna sərhədində yük maşını sürücülərinin etirazına tez bir zamanda son qoymağa çalışacaq. Polşa yük maşınları ukraynalı sürücülərin Aİ-yə icazəsiz daxil olmasına etiraz olaraq, noyabrın əvvəlindən iki ölkə arasındakı bəzi yol keçidlərini bağlayıb.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button