2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Rusiya XİN: “Nəqliyyat əlaqələrinin açılması prosesi Bakı ilə İrəvan arasında normallaşmada mühüm rol oynayır”

“Azərbaycan, Ermənistan və Rusiyanın üçtərəfli işçi qrupu regionda iqtisadi nəqliyyat əlaqələrinin açılmasına yönəlmiş fəaliyyətini davam etdirir”.

Saytların yığılması Saytlarin yigilmasi

“Report”un Rusiya bürosunun məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova brifinqdə deyib.

Onun sözlərinə görə, proses Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasında mühüm rol oynayır və bütün Cənubi Qafqazın tranzit və logistika potensialının açılmasına töhfə verir.

M.Zaxarova qeyd edib ki, 2020-ci ilin payızından bəri üçtərəfli işçi qrupunun 12 iclası keçirilib: “Bu qrup regional logistika infrastrukturunun hazırkı vəziyyətinin qiymətləndirilməsi, dəmir yolu və avtomobil kommunikasiyaları üzrə optimal layihələrin seçilməsi istiqamətində xeyli iş görüb və bunun sayəsində bütün tərəflər üçün faydalı olan paket həllinə yaxınlaşmaq mümkün olub”.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button