2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“Rusiyadan hər şey gözləmək mümkündür”

Hikmət Hacızadə: “Onunla bağlı qəti proqnoz vermək çətindir, amma…”

Rusiyanın Krımı ilhaq etməsindən sonra Ukrayna və Rusiya arasında münasibətlər gərgin olaraq qalmaqdadır. Maraqlıdır, mövcud situasiyada tərəflər arasında yeni bir müharibənin baş verməsi gözləniləndirmi? Rusiya Ukrayna məsələsində bir qədər də irəli gedə, bu dövlətin timsalında Qərbə yeni bir əzələ nümayişi göstərə bilərmi?

24saat.org-a açıqlama verən politoloq Hikmət Hacızadə hələ ki, hər iki tərəfin gözləmə mövqeyi sərgilədiyinə diqqət çəkdi:
“Prinsipcə Rusiyadan hər şey gözləmək mümkündür. Onunla bağlı qəti proqnoz vermək çətindir. Ancaq görünən odur ki, hələ ki, həm Rusiya, həm də Ukrayna gözləmə mövqeyində qərarlaşıb. Sanki hər iki tərəf daha uyğun situasiya formalaşana qədər hərəkət etməyə tələsmir.
Başqa sözlə desək, vəziyyət ağır və həssas olaraq qalır. Yəqin ki, yaxın gələcəkdə mövcud mənzərəyə tam olaraq aydınlıq gələcək”.

Seymur Əliyev

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button