2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Rusiyanın qanadlı raket və dronlarla Ukraynaya hücum etdiyi bildirilir

Ukrayna Daxili İşlər Nazirliyi: “Azı 19 nəfər həlak olub, 75 nəfər yaralanıb”

Dekabrın 29-na keçən gecə Rusiya ordusunun Ukraynanın Lvov, Odessa, Poltava, Xarkov, Dnepropetrovsk, Zaporojye, Kiyev vilayətlərinə qanadlı raketlər və dronlarla hücum etdiyi bildirilir.

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı deyib ki, rus qoşunları mühüm infrastruktur obyektlərinə, eləcə də sənaye və hərbi obyektlərə hücum ediblər.

Saytların yığılması Saytlarin yigilmasi

Ukraynanın Baş naziri Denis Şmıhal ölkənin sosial və kritik infrastrukturuna kütləvi hava zərbəsi endirildiyini söyləyib.

Ukrayna Hərbi Hava Qüvvələrinin nümayəndəsi Yuri İhnat deyib ki, Rusiya hücumları hipersonik, qanadlı və ballistik raketlərlə həyata keçirib.

Onları da tutmaq çətin olur. Monitorumuzda heç vaxt eyni vaxtda bu qədər çox hədəf görməmişdik”, – Yuri İhnat deyib.

Bunun 22 aydır davam edən işğalda ən böyük hava hücumu olduğu bildirilir.

Prezident Volodimir Zelenski deyib ki, Rusiya arsenalındakı bütün növ silahları işə salıb.

Hava qüvvələri 158 raket və dronun 114-nün məhv edildiyini açıqlayıb.

Ukrayna Daxili İşlər Nazirliyinin məlumatına görə, azı 19 nəfər həlak olub, 75 nəfər yaralanıb.

Həlak olanların sayının artacağı istisna edilmir.

Rusiya 2022-ci ilin fevralın 24-dən Ukraynaya qarşı hərbi əməliyyatlar aparır.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button