Rusiyanın Xocalı qətliamında məsuliyyət payı varmı?
Fazil Mustafa: “Bunu müəyyənləşdirmək çətindir, amma…” Bu günlərdə Xocalı faciəsinin 25-ci ildönümü qeyd edilməkdədir. Maraqlıdır, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə baş verən Xocalı faciəsində rusların məsuliyyət payı varmı? Baş verən faciəyə görə ermənilərlə yanaşı, Rusiya da cavab verməlidirmi? Əgər verməlidirsə, o zaman niyə rəsmi Bakı bu məsələnin üstünə getmir? 24saat.org-a açıqlama verən millət vəkili Fazil Mustafa Rusiyanın bu məsələdəki iştirakının dəqiqləşdirilməsinin çətin olduğunu vurğuladı: “Rusiyanın bu soyqırımında iştirakını müəyyənləşdirmək çətindir. Bu soyqırımını ermənilər törədib və biz ancaq ermənilərlə bağlı məsələnin üzərinə gedə bilərik. Xocalı qətliamının müqəssirlərinin cəzalandırılması üçün beynəlxalq səviyyədə ardıcıl addımlar atılmalıdır”.
Seymur Əliyev