2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Səfir: “Azərbaycan və Qazaxıstan Orta Dəhlizin inkişafı sahəsində əməkdaşlığı fəal şəkildə inkişaf etdirir”

“Azərbaycan və Qazaxıstan Orta Dəhlizin inkişafı sahəsində əməkdaşlığı fəal şəkildə inkişaf etdirir”.

Saytların yığılması Saytlarin yigilmasi

“Report” xəbər verir ki, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel ölkənin Respublika Gününə həsr olunmuş tədbirdə deyib.

O bildirib ki, bu il həm də Azərbaycanın öz ərazi bütövlüyünü tam bərpa etməsinə görə vacibdir. “Dünyada mövcud geosiyasi vəziyyət çətin olaraq qalır. Lakin bu, Azərbaycan və Qazaxıstan arasında dostluq münasibətlərini nümayiş etdirmək üçün imkan yaradır”, – səfir vurğulayıb.

A.Bayel qeyd edib ki, Qazaxıstan və Azərbaycan bir çox sahələrdə əməkdaşlığı intensiv şəkildə inkişaf etdirir: “Prezidentlərimiz arasında dialoq münasibətlərimizin əsasını təşkil edən mühüm amildir. Bu il ticarət dövriyyəsi 60 % artıb. Bu gün Mərkəzi Asiyadan Azərbaycana gələn turistlərin, demək olar ki, yarısını Qazaxıstan vətəndaşları təşkil edir. Biz birlikdə Orta Dəhlizi – Şərqlə Qərbi birləşdirən mühüm layihəni inkişaf etdiririk. 2023-cü ildə bu marşrutla daşınan yüklərin həcmi 85% artıb. Bu il Azərbaycan və Qazaxıstan həm də Xəzər dənizinin dibi ilə fiber-optik kabel xəttinin çəkilişinə başlayıblar və bu, Avropa və Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizinin mühüm hissəsidir”.

Səfir onu da qeyd edib ki, Qazaxıstan neftinin Azərbaycan vasitəsilə nəqlini artırmağı planlaşdırırlar və bu həcmin ildə bir neçə milyon tona çatacağını gözləyirlər.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button