2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Səfir: “Azərbaycanla viza rejimi olmadığından fırıldaqçılar Bosniya və Herseqovinadan tranzit qovşaq kimi istifadə edirlər”

Səfir: “Azərbaycanla viza rejimi olmadığından fırıldaqçılar Bosniya və Herseqovinadan tranzit qovşaq kimi istifadə edirlər”

“Bosniya və Herseqovinaya Azərbaycan vətəndaşları üçün giriş vizasız olduğundan son vaxtlar bəzi fırıldaqçılar və işbazlar bu ölkədən tranzit qovşaq kimi istifadə etməyə çalışırlar”.

Saytların yığılması Saytlarin yigilmasi

Bunu “Report”a müsahibəsində Azərbaycanın Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev deyib.

“Məsələn, adamları İtaliya, yaxud Xorvatiyada yaşayış icazəsi almaq adı ilə Sarayevoya gətirib, sonra ortadan yox olurlar. Səfirlik olaraq çətinliyə düşən belə soydaşlarımıza imkan daxilində yardım göstəririk. Amma onların da hər hansı Avropa ölkəsinə vizasız gəlişin bütün Avropanı sərbəst gəzib-dolaşmaq, yaxud seçdikləri ölkədə yaşamaq imkanı vermədiyini bilmələrini istərdik”, – deyə diplomat əlavə edib.

V.Quliyev Bosniya və Herseqovinada Azərbaycan diasporunun yox səviyyədə olduğunu da bildirib: “Sarayevoda yaşayan soydaşlarımızın toplam sayı on nəfərdən artıq olmaz. İki-üç qarışıq nikah əsasında qurulmuş ailə və bir neçə tələbə var. Bu azsaylı kontingentlə əlaqə yaratmışıq. Onlar səfirlik xətti ilə keçirilən bütün tədbirlərdə yaxından iştirak edirlər”.

Müsahibənin tam versiyası ilə buradan tanış ola bilərsiniz.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button