2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Səfir: “Belarus Qarabağın bərpasında Azərbaycana kömək etməyə çalışır” – MÜSAHİBƏ

2023-cü ilin iyun ayında Azərbaycan və Belarus arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam oldu. Bu müddət ərzində ölkələr arasında iqtisadi əməkdaşlıq, o cümlədən kənd təsərrüfatı sahəsində proqramların həyata keçirilməsi xüsusi dinamika ilə inkişaf edib.

Saytların yığılması Saytlarin yigilmasi

Belarusun Azərbaycandakı səfiri Andrey Ravkov “Report”a müsahibəsində Belarusun Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında göstərdiyi yardımdan, ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsindən, iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətindən və s. məsələlərdən danışıb.

– Azərbaycanla Belarus arasında iqtisadi əməkdaşlığın səviyyəsini necə qiymətləndirirsiniz?

– Belarus və Azərbaycan arasında ticari-iqtisadi sahədə əməkdaşlıq dinamik və çoxşaxəli inkişaf edir, əldə olunan ticarət nəticələri isə ölkələrimiz arasında strateji tərəfdaşlığın səviyyəsini təsdiqləyir. Təcrübə göstərir ki, Azərbaycan Cənubi Qafqazda sözdə deyil, əməldə etibarlı tərəfdaşımızdır. İqtisadi qarşılıqlı fəaliyyətin əsas prioritetləri bunlardır: ərzaq malları, ağac məmulatları və əczaçılıq məmulatlarının tədarükü sahəsində əməkdaşlıq, maşınqayırma sahəsində sənaye kooperasiyası, elm və texnologiya sahəsində birgə layihələr, habelə investisiya əməkdaşlığı.

Azərbaycan Belarusun 50-dən çox müəssisəsini təmsil edən 3 paylayıcı şəbəkə müəssisəsi və 45 diler yaradıb. Minskdə isə 2017-ci ildən Azərbaycan Ticarət Evi fəaliyyət göstərir və ona Belarus bazarına ərzaq məhsullarının tədarükü üçün güzəştli rejim təqdim edilib.

Həmçinin Belarus və Azərbaycanın nazirlik və idarələrinin, iri şirkətlərinin rəhbərləri, işgüzar dairələrinin nümayəndələri arasında fəal səfər mübadiləsi aparılır. Belarus Prezidentinin 2021-ci ilin aprelində və Baş nazirinin 2022-ci ilin mayında Azərbaycana səfərləri ən yüksək səviyyədə əsas hadisələr olub və bu da Belarus-Azərbaycan qarşılıqlı əlaqəsini yeni tətbiqi məzmunla zənginləşdirməyə imkan verib.

2004-cü ildə Belarus-Azərbaycan əməkdaşlığının inkişafında mühüm rol oynayan ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyası yaradılıb. Komissiyanın Belarus tərəfdən həmsədri Baş nazirin müavini İqor Petrişenko, Azərbaycan tərəfdən isə Baş nazirin müavini Əli Əhmədovdur.

Tərəflər artıq 13 görüş keçirib, bu il komissiyanın iclası mayın 15-də Bakıda keçirilib, HK-nın növbəti iclası Minskdə keçiriləcək. Görüşlərdə iqtisadi gündəliyimizdə olan bütün məsələlər ətraflı müzakirə olunur və dövlət və hökumət başçılarımızın qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi üçün konkret addımlar müəyyən edilir.

– 2021-ci ildə Belarus Qarabağda kənd təsərrüfatı şəhərciklərinin salınmasında maraqlı olduğunu bildirdi. Bu layihənin icrasında irəliləyiş varmı?

– Belarus Azərbaycana iqtisadi inkişafda və geri qaytarılan ərazilərin bərpasında hər cür köməklik göstərməyə çalışır. Belarusun iştirakı Qarabağda infrastruktur obyektlərinin tikintisi və yenidən qurulması üçün zəruri olan müxtəlif malların tədarükündən ibarətdir. Belarus taxta-şpallarından, transformatorlarından, kabel məmulatlarından, tikinti materiallarından, traktorlarından, qaldırıcı texnikalarından və s. istifadə olunur, həmçinin ərzaq məhsulları da tədarük edilir.

Azərbaycanda Belarus kənd təsərrüfatı şəhərciklərinin tikintisi məsələsinə gəlincə, 2013-2014-cü illərdə Belarus inşaatçıları tərəfindən İsmayıllı rayonunda 45 yaşayış binası, məktəb, tibbi yardım məntəqəsi və çörək zavodunu özündə ehtiva edən və uğurla həyata keçirilən layihəni xatırlatmaq istərdim.

Hazırda Qarabağın dirçəlişi üzrə Dövlət Proqramının icrası çərçivəsində Azərbaycan tərəfi müasir kənd təsərrüfatı komplekslərinin və kənd təsərrüfatı şəhərciklərinin yaradılmasında Belarus təcrübəsindən və mütəxəssislərimizin məsləhətlərindən istifadə edir.

Belarus təşkilatları işğaldan azad edilmiş ərazilərdə kompleks layihələrin həyata keçirilməsi üçün layihələndirmə və tikinti xidmətlərinin göstərilməsi, subpodrat əsasında əməkdaşlıq imkanlarını da nəzərdən keçirir.

– Necə düşünürsünüz, noyabrın 2-də Bakıda keçiriləcək “Azərbaycan-Belarus: sərmayələr, ticarət və logistika” seminarı Belarus və Azərbaycan biznesi arasında yeni qarşılıqlı əlaqə nöqtələri tapmağa kömək edəcəkmi?

– Bakıda “Azərbaycan-Belarus: investisiyalar, ticarət və logistika” seminarının keçirilməsi ideyası ölkələrimizin işgüzar dairələrinin cari tələbləri əsasında yaranıb. Axı, istehsalçılar və alıcılar yeni əlaqələr qurmaqda, mallarının səmərəli çatdırılması üçün optimal logistika sxemlərinin təşkilində, habelə birgə investisiya layihələrinin həyata keçirilməsi imkanları və şərtləri haqqında məlumatların əldə edilməsində maraqlıdırlar. Belarus və Azərbaycan istehsalı olan malların qarşılıqlı təchizatı artmaqda davam edir. Azərbaycan tərəfində xüsusilə Belarus traktorlarına və digər texnikalara, transformatorlara, kabellərə və digər elektrik mallarına, ağac emalı məhsullarına, dərman vasitələrinə, ət, süd məhsullarına böyük tələbat var. Digər tərəfdən, Belarusa Azərbaycanın meyvə və tərəvəzlərinin, meyvə və giləmeyvə konservlərinin, alkoqollu və alkoqolsuz içkilərin, o cümlədən polimer xammalının tədarükü ildən-ilə genişlənir.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button