2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Səfir Fransa vətəndaşının Bakıda saxlanıldığını təsdiqləyib

Martin Rayanın atası: “Oğlum dedi ki, ondan piyon kimi istifadə etməyə çalışıblar”

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva casusluq əməlləri törətməkdə şübhəli bilinən Fransa vətəndaşının  həbs olunduğunu təsdiqləyib.

Leyla Abdullayeva bu barədə yanvarın 9-da AFR agentliyinə danışıb.

Saytların yığılması Saytlarin yigilmasi

Diplomatın sözlərinə görə, Fransa vətəndaşı Martin Rayan 2023-cü il dekabrın 4-də həbs edilib.

“Məhkəmə orqanları onun 4 ay müddətinə həbs olunmasına qərar verib”, – deyə Leyla Abdullayeva bildirib.

Leyla Abdullayeva. Foto: XİN

O əlavə edib ki, bu barədə Fransanın Bakıdakı səfirliyi məlumatlandırılıb.

Martin Rayanın atası Riçard AFR agentliyinə oğlu ilə danışdığını deyib:

“Biz onunla dörd dəfə danışdıq, hər dəfə iki dəqiqə. Oğlum onunla yaxşı rəftar olunduğunu deyir. Vəkili ilə də yaxşı münasibətdədir”.

Atasının sözlərinə görə, Rayan onun saxlanmasının iki ölkə arasındakı gərginliklə bağlı olduğuna inanır.

“Bir dəfə o, mənə dedi: “Onlar məndən piyon kimi istifadə etmək istəyirdilər”.

Bu gün M.Rayanın məhkəmə tərəfindən təyin edilmiş vəkili Nizami Əliyev AFP-yə bildirib ki, Rayan təqsirli bilinərsə, onu 15 ilə qədər həbs cəzası gözləyir.

O, heç bir məlumat paylaşa bilməyəcəyini deyib və işlə bağlı danışmağın riskli olduğunu vurğulayıb.

Yanvarın 7-də fransız jurnalisti Leo Nicolian “X” sosial platformasındakı rəsmi səhifəsində Martin Rayanın həbsi barədə məlumat paylaşmışdı.

2023-cü ilin dekabrın 26-da Azərbaycan Xarici İşlər Nazirliyi Fransa səfirliyinin 2 əməkdaşını “persona-non-grata” (arzuolunmaz şəxs) elan edib.

Bir gün sonra, dekabrın 27-də Fransa Xarici İşlər Nazirliyi adekvat addım atıb.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button