2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Səfir: “Ukrayna Azərbaycana göstərdiyi yardıma görə minnətdardır”

“Ukrayna Azərbaycana göstərdiyi yardıma görə minnətdardır”.

Saytların yığılması Saytlarin yigilmasi

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski deyib.

“Azərbaycan və Ukrayna dostluğu tarixin sınağından çıxıb. Ən çətin anlarda ölkələrimiz bir-birinə kömək edirdi. Bu gün biz Azərbaycan dövləti və xalqından böyük dəstək hiss edirik. Buraya həm humanitar yardımlar, həm də Ukraynada dağılmış infrastrukturun bərpasına kömək daxildir. Bu günədək Azərbaycan hökuməti bu məqsədlər üçün 30 milyon dollardan artıq vəsait ayırıb. Bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Ukraynaya əlavə olaraq 7,6 milyon ABŞ dolları məbləğində vəsait ayrılmasına görə minnətdarıq”, – o vurğulayıb.

Onun sözlərinə görə, yeni ayrılan məbləğ Ukraynanın enerji sektorunun bərpasına sərf olunacaq: “Bir çox ukraynalı məhz Azərbaycanın köməyi sayəsində ötən il qışdan çıxıb”.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button