2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Şəhid atası: “Azad edilən torpaqlara köçmək mənim üçün fəxrdir”

Şəhid atası: “Azad edilən torpaqlara köçmək mənim üçün fəxrdir”

“Bu gün mənim üçün çox xoş bir gündür. Qazilərimizin qanı, şəhidlərimizin canı bahasına azad edilən torpaqlarımıza köçürük. Bu, mənim üçün fəxrdir”.

Saytların yığılması Saytlarin yigilmasi

Bu sözləri “Report”a müsahibəsində ata-baba yurduna qayıdan Füzuli sakini Mikayılov Bəhruz deyib.

Şəhid atası dövlət başçısı İlham Əliyevə, torpaqlarımızın azadlığı uğrunda döyüşən qəhrəman Vətən oğlanlarına təşəkkürünü bildirib:

“Mənim övladım Ülvi Mikayılov da Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ bölgəsində həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olub. Onun ən böyük arzusu olub ki, öz torpaqlarımza qayıdaq. Bugünkü gün öz torpağıma köçməyim mənim üçün şərəfdir. Allah qazilərimizə şəfa versin, şəhidlərimizə rəhmət etsin”.

Xatırladaq ki, bu gün daha 25 ailə (72 nəfər) Füzuli şəhərinə köçürülür. Bununla da Füzuli şəhərində 283 ailə, yəni 1 000 nəfərin daimi məskunlaşması təmin edilib.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button