2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Şəhid Məhəmməd Qarayev Qəbələdə dəfn edilib – YENİLƏNİB

Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan hərbçisi Məhəmməd Qarayev dəfn olunub.

Saytların yığılması Saytlarin yigilmasi

“Report”un Şimal-qərb bürosu xəbər verir ki, o, doğulduğu Qəbələ şəhərində torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin yaxınları, rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri və sakinlər iştirak ediblər.

Qeyd edək ki, mayın 12-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin davam edən təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Qarayev Məhəmməd Mahir oğlu şəhid olub.

Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin mayın 12-də törətdiyi təxribat nəticəsində şəhid olan hərbçisi Məhəmməd Qarayevin nəşi doğulduğu Qəbələ rayonuna gətirilib.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, şəhidin nəşi ailəsinə təhvil verilib.

Hazırda ailəsinin yaşadığı evdə M.Qarayevlə vida mərasimi keçirilir. Mərasimdə şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri və sakinlər iştirak edirlər.

Mərasim başa çatdıqdan sonra şəhidin cənazəsi Qəbələ şəhər qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, ​2001-ci il təvəllüdlü​ M.Qarayev evin tək oğlu və ali təhsilli olub.

O, hərbi xidmətinin bitməsinə 49 gün qalmış – mayın 12-də şəhidlik zirvəsinə ucalıb.​

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button