2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Şəkidə şəhid Elçin Nadirovun xatirə lövhəsinin açılışı olub

Ölkəmizin ərazi bütövlüyü uğrunda mərdliklə döyüşərək şəhid olmuş Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçusu Elçin Nadirovun anım tədbiri keçirilib.

Saytların yığılması Saytlarin yigilmasi

“Report” xəbər verir ki, E.Nadirovun təhsil aldığı Şəki şəhər fizika-riyaziyyat və humanitar təmayüllü liseydə keçirilən tədbirdə rayon polis şöbəsinin əməkdaşları, Daxili Qoşunların hərbi qulluqçuları, şəhidin ailə üzvləri, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə təhsil ocağının girişində quraşdırılan şəhidin xatirə lövhəsinin açılışı olub. Daha sonra çıxış edənlər Elçin Nadirovun 44 günlük Vətən müharibəsində keçdiyi şərəfli döyüş yolundan, vətənpərvərliyindən, qəhrəmanlıqlarından danışıblar. Ardınca isə məktəblilərin ifasında ədəbi-bədii kompozisiya təqdim olunub.

Qeyd edək ki, Vətən müharibəsi başlayan ilk gündən döyüşlərə qatılan Elçin Nadirov Füzuli rayonunun azadlığı uğrunda gedən gərgin döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə Nadirov Elçin Nadir oğlu “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button