2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Səlahiyyətli nümayəndə “Bir millət iki dövlət” forumunun iştirakçıları ilə görüşüb

Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi və Türkiyə Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümü münasibətilə keçirilən “Bir millət iki dövlət” forumundan əvvəl Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin Səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli tədbir iştirakçıları ilə görüşüb.

Saytların yığılması Saytlarin yigilmasi

“Report”un yerli bürosu xəbər verir ki, forumun əhəmiyyətinə və Azərbaycan-Türkiyə əlaqələrinə diqqəti çəkən səlahiyyətli nümayəndə əməkdaşlığın müxtəlif istiqamətlərdə inkişaf etdirilməsi üçün potensialın olduğunu bildirib.

İğdır valisi Ercan Turan səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkür edib, qarşılıqlı əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivlərindən bəhs edib.

Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri Aygün Attar göstərilən dəstəyə görə təşəkkür edib, forumun əhəmiyyətini vurğulayaraq bu cür tədbirlərin əməkdaşlığın inkişafındakı rolundan danışıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button