2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Sərhəddəki görüşün nəticələri açıqlandı  

Noyabrın 3-da Azərbaycan-Ermənistan sərhədində tərəflər delimitasiya məsələlərinin müzakirəsini davam etdirib, bir sıra təşkilati və prosedur məsələləri nəzərdən keçiriblər.

Toplum Tv xəbər verir ki, bu barədə noyabrın 30-da Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilir ki, iki ölkənin dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın beşinci görüşündə iclasların və birgə işçi görüşlərin təşkili və keçirilməsi Reqlamentinin ilkin mətnini razılaşdırıblar.

Saytların yığılması Saytlarin yigilmasi

Tərəflər həmçinin dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılması üzrə işin başlanılması barədə sövdələşiblər, eləcə də komissiyaların görüşlərinin keçirilməsinin intensivləşdirilməsinə dair razılığa gəliblər.

Məlumata görə, tərəflər, komissiyaların növbəti görüşünün keçirilməsinin tarixi və yerini işçi qaydada müəyyən etmək barədə də razılığa gəliblər.

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button