2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Şərurda şəhid Sahil Cəlilovun xatirəsinə bulaq-abidə ucaldılıb

Şərur rayonunun Dərvişlər kəndində şəhid Sahil Cəlilovun xatirəsinə bulaq-abidə ucaldılıb.

Saytların yığılması Saytlarin yigilmasi

“Report”un yerli bürosu xəbər verir ki, tədbir başlamazdan əvvəl şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Qoşqar Kamilov, Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov torpaqlarımızın ərazi bütövlüyünün təmin olunmasında Şərurun qəhrəman övladlarının böyük rəşadət göstərdiyini, öndə gedən vətənpərvər oğullardan olduqlarını vurğulayıblar.

Digər çıxış edənlər şəhidin döyüş yolundan, onun göstərdiyi qəhrəmanlıq, igidlik və şücaətlərdən söhbət açıblar. Qeyd olunub ki, xalqımızın igid oğlu Sahil Cəlilov ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Tədbirdə məktəblilər Vətənə və şəhidlərimizə həsr olunmuş şeirlər səsləndiriblər.

Sonda tədbir iştirakçıları üçün ehsan süfrəsi açılıb.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button