2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SosialXəbərlər

Səyavuş Aslanın oğlu sığınacağa yerləşdirildi – VİDEO

Mərhum Xalq artisti Səyavuş Aslanın oğlunun qalmağa evi yoxdur. Bu barədə məşhur aktyorun övladı Çingiz “Bizimləsən” proqramında qonaq olarkən deyib.

O, hostellərdə gecələdiyini qeyd edib. Aparıcı Zaur Baxşəliyev isə hostel sakinlərinin Çingizdən şikayətçi olduğunu, onunla bir yerdə qalmaq istəmədiklərini bildirib.

Proqramda məlumat verilib ki, Çingiz Aslan qaraciyər serrozundan əziyyət çəkir və ötən gün müvəqqəti olaraq sığınacağa yerləşdirilib.

Saytların yığılması Saytlarin yigilmasi
https://youtu.be/HXTaphjPAn8

Azərbaycanın görkəmli sənətkarı Səyavuş Aslanın şəhərin mərkəzindəki bahalı evi məhz bu oğluna qalıb.

Onun ikinci oğlu Eldar isə uzun müddətdir ki, Moskvada yaşayır. Hazırda sığınacağa yerləşdirildiyi və “Səyavuş Aslan kimi bir aktyorun oğlunun qalmağa yeri yoxdur” kimi təqdim olunan Çingiz Aslan məhz atasının evini sataraq pis vərdişlərə xərcləyib. Ona görə də həmin pis vərdişlərin nəticəsi olaraq qaraciyər serrozundan əziyyət çəkir və sığınmağa yeri yoxdur…

Az24saat.org Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə mediada məlumatlar dərc edilib.

Maraqlı xəbərlər üçün FACEBOOK səhifəmizi izləyin

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button