2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Saata 2 milyon xərcləyən Rövnəq Abdullayev aprel şəhidlərin ailələrinə 1 manat xərcləməyib 

SOCAR-ın özbaşınalıqları hüdud-sərhəd tanımır. Neftdən gələn milyardları sağa-sola səpib, üstünə 13 milyard borc yığan şirkət bir də mühafizə xidməti adı altında saxladığı qoçuları ilə camaata qan uddurur. Bu qoçuların əl-qolu o qədər uzanıb k, keçən ilin yayında Binəqədi rayonunda özünə fərdi yaşayış evi tikmək istəyən Qarabağ qazisinə qarşı zorakılıq ediblər. Dostlarına köməyə gələn digər qaziləri də ona qatıb döyüblər. Sosial şəbəkələrdə yayılan videolardan görünür ki, bir ayağını müharibədə itirmiş qazini belə öz əsası ilə şil-küt ediblər. Deyəsən Rövnəqin qoçuları ağalarının gül balası Rəşad Abdullayevi İbitzada döyən xuliqanların heyfini Qarabağ qazilərindən alırdılar. Əliyev koronavirusla mübarizə üçün 190 manat tapa bilmir, lakin Rövnəq Abdullayevin oğlu 2 milyon saat üçün tapır. Nə qanı daşıyır bunlar, hansı toxumdan, hansı hibriddən törəyib düşüblər xalqın canına? Keçən il qazilər döyüləndə SOCAR rəhbərliyi utanmadan açıqlama yayıb bildirib ki, orda təxribat yayan xüsusi adamlar olub, qarşıdurmada yaralananlar da onlardır. Şirkətin rəhbəri Rövnəq Abdullayev də döyülən qazilərdən üzr istəmək yerinə, qudurğan mühafizəçilərin tərəfini saxlayıb. O da “baş verən hadisədə iştirak edən şəxslər, hələ bilinmir ki, qailərdir, ya yox ” deyib məsuliyyəti üstündən atmağa çalışıb. Amma birinci dəfə deyil ki, bu özbaşına dəstənin qudurğanlığı gündəmə çıxır. Jurnalist İdrak Abbasovu xatırlayırsınız? Bu dəstə 2012-ci ildə Sulutəpə ərazisində evlərin zorakı söküntüsü zamanı İdrak Abbasovu ölümcül şəkildə döymüşdülər. İndi də utanmadan yedizdirdikləri oyuncaq saytlara yazılar ötürüb şivən salırlar ki, onların heç bir günahı yoxdur, hücum qazilər tərəfindən olub.

Qaziləri döydürən Rəşad Əliyev kimdir

Saytların yığılması Saytlarin yigilmasi

Doğrudan da, keçən il qazilərin amansızlıqla döyülməsi bir məsələ üzərində təkrar düşünməyə əsas verir. SOCAR niyə xüsusi mühafizə adı altında qoçu dəstəsi saxlamalıdır ki? Bu idarənin nəzdində xüsusi kibercinayətkar qrupun olduğu haqqında da məlumatlar var. Yeri gəlmişkən, onlar dəfələrlə bizim media resurslarımızı da sıradan çıxarmağa səfərbər ediliblər. Kim verib belə müstəsna səlahiyyətləri bu adamlara? Şirkətin təhlükəsizlik idarəsinin əsas işi boru kəmərlərinin mühafizəsini təmin etmək, onu baş verə biləcək kənar müdaxilələrdən qorumaqdır. Amma bu qrupun indiyə qədər öz missiyalarına uyğun bir işin qulpundan yapışdığını eşidib-bilən yox. Adamlar hər dəfə dinc insanlara qarşı törətdikləri vəhşiliklər və qeyri-qanuni əməllərlə gündəmə gəlir. Bu yaxınlarda sosial şəbəkələrdə də məsələnin təfərrüatları ilə bağlı maraqlı məlumatlar yayılıb. Məlum olur ki, şirkətin Tİ-nin rəisi Rəşad Əliyev əvvəllər MTN-də çalışıb. 2005-ci ilin parlament seçkilərində Rövnəq Abdullayevin seçki qərargahının rəhbəri olub. Qohumluq əlaqələrinə görə, Abdullayev SOCAR-a gəldikdən sonra onu da Tİ-nin rəisi vəzifəsinə gətirib. Bu vəzifədə onun işi rüşvətlə SOCAR ərazilərində qanunsuz tikililərin tikilməsinə, torpaqların zəbt olunmasına şərait yaratmaq olub. O eyni zamanda SOCAR-a aid zavodların ərazisindən müxtəlif metalların gizli şəkildə satılmasına da rəhbərlik edib. 2018-ci ildə Rəşad Əliyev 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. Taleyin ironiyasına baxın! Arxa qapılardan, əyri yollarla vəzifəyə gələnlər “vətənə xidmət” medalı alıb, vətən qazilərini şil-küt elətdirir. Bunun hesabı bir gün sorulacaq, belə iyrənc sistemi qidalandıran hər kəsdən sorulacaq.

Rövnəq Abdullayevin dövlətin neft şirkətini öz ailəsinin şəxsi korporasiyası kimi idarə etdiyi hər kəsə məlumdur. Mətbuatda dəfələrlə açıqlandığı kimi, şirkətin işçiləri milyonlar xərcləyir, lakin bir dəfə də belə Aprel şəhidlərimizin ailə üzvlərinin qapılarını döyməyiblər.  Abdullayv bircə dəfə yerlə sürüklənən qazilərin yanına gəlib nə baş verdiyini sora bilməzdimi? Gəlməz də. Bunlar bir-birinə qan bağları olan böyük “çətə”dilər, biri-birinin ayağını tapdamazlar. Ölkə beləcə bir ovuc dələduzun əlində əsir-yesir qalıb. Artıq bu dələduzlardan xilas vaxtıdır. Koronavirus dövrü bu xilas gününün ilk addımı olacaq. Bu ölkəni sevən hər kəs online etiraz aksiyalarına dəstək verməlidir. Koronavirusdan, bu rejimdən, bu zülmdən, bu köləlikdən qurtulmağın zamanıdır. Aprel şəhidləri unudulmayacaq!

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button