ÖLKƏ

Sabiq nazirin Azərbaycandan çıxışına “stop” qoyuldu – ƏBÜLFƏS QARAYEV həbs oluna bilər

Rəhbərlik etdiyi nazirlikdə irimiqyaslı korrupsiya və digər qanunazidd əməllər aşkarlandığı üçün vəzifəsini itirən mədəniyyət naziri Əbülfəs Qarayev həbs edilməsə də, istintaq altındadır.

Müavini həbs edilən sabiq nazir ötən müddət ərzində bir neçə dəfə istintaqın suallarını cavablandırıb.

Məlumata görə, Əbülfəs Qarayev bu günlərdə Azərbaycanı tərk etmək istəyərkən sərhəddən qaytarılıb.

Belə ki, Türkiyəyə getmək istəyən sabiq nazirə ölkədən çıxışına məhdudiyyət qoyulduğu deyilib.

Məlumatda o da deyilir ki, Əbülfəs  Qarayev ona qoyulmuş “stop”un götürülməsi üçün istintaq orqanına müraciət edib.

O, Türkiyəyə həkim müayinəsinə getmək istədiyini və geri qayıtmaq niyyətinin olduğunu yazıb.

“24 saat”

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button