Cəmiyyət
Şagirdlərin davamiyyəti aşağı düşüb – RƏSMİ
“Hava şəraitinin kəskin dəyişməsi və güclü qarın yağması ilə bağlı bəzi valideynlərin övladlarını məktəbə göndərə bilməyib. Bu da davamiyyətə təsir göstərib”.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
“Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində təlim prosesi normal şəkildə davam edir. Qarlı hava şəraiti ilə əlaqədar olaraq Bakı məktəblərində davamiyyət 75-80 faiz təşkil edir”.