2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

‘Şagirdlər etiraz olaraq dərsə gəlməyib’

«Neftçala rayon Mayak kənd 1 saylı məktəbin şagirdlərindən çox azı mayın 1-də dərsə gəliblər. Əslində, bundan xəbərim olmayıb, mənə bu haqda sonra deyiblər».

Bunu AzadlıqRadiosuna aprelin 28-də məktəbdən çıxarılan fizika müəllimi Əflatun Əhmədli bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Onun deməsinə görə, dərs dediyi 8-ci sinifdə iki, 9-cu, 10-cu, 11-ci siniflərdə də çox az sayda şagird dərsə gəlib: «Amma bundan sonra məktəb rəhbərliyi şagirdlərin dərsə gəlmələri üçün ailələrə zəng etməyə başlayıb və müəyyən hədə-qorxu da gəliblər. Hətta şagirdlərimdən biri təzyiqlərə məruz qalmaları barədə zəng edib».

DİREKTOR: «DƏRS JURNALLARINA BAXA BİLƏRLƏR»

Mayak kənd orta məktəbinin direktoru Elşən Ağalarov isə şagirdlərin fizika müəllimlərinin işdən çıxarılmasına görə dərsə gəlmədikləri ilə bağlı deyilənləri təkzib edir. Onun deməsinə görə, hər hansı şəkildə etiraz olmayıb. Şagirdlərin dərs davamiyyətində hər hansı yenilik yoxdur:

***Buna da bax-Daha bir cəbhəçi müəllim işdən çıxarılıb

«İndi xəstəlikdən kimsə sığortalanmayıb, bir-iki nəfər bu səbəblə dərsə gəlməyə bilər. Amma qalan bütün şagirdlər dərsdədir və bunu yoxlamaq istəyənlər dərs jurnallarına baxa bilərlər».

Ə.Əhmədli onun məktəbdən çıxarılması ilə bağlı Neftçala rayon Təhsil Şöbəsinin mediada yayılan açıqlamalarına da münasibət bildirib: «Bunlar hamısı əsassızdır, yanlış məlumatlardır. İstər xanımımın, istər özümün işdən çıxarılmağımı əsaslandırmaq üçün olan uydurmalardır».

Mayak kənd məktəbinin fizika müəllimi, AXCP Neftçala rayon şöbəsinin sədri Əflatun Əhmədli və xanımı, 3 saylı məktəbin rus dili müəlliməsi Ülkər Əhmədli bu il aprelin 28-də işdən çıxarılıblar.

Neftçala rayon Təhsil Şöbəsi hər iki şəxsi dərs intizamını və siyasi loyallıq prinsipini pozmaqda ittiham edib. Ə.Əhmədli isə bunları bəhanə sayır. İşdən azad edilmələrinə səbəb kimi AXCP sıralarını tərk etməməsini göstərir. Ə.Əhmədlinin deməsinə görə, rayon təhsil şöbəsində onun qarşısında ya AXCP-ni, ya da müəllimliyi seç tələbi qoyulub. O da əqidəsini seçib.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button