2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Sakin: “Laçın dərdi ürəyimi xəstə etmişdi”

“Laçın dərdi ürəyimi xəstə etmişdi. Yurduma qayıdışımızın səbəbkarı Azərbaycanın Prezidenti, Ali Baş Komandan İlham Əliyev, şəhidlərimiz, qazilərimizdir”.

Saytların yığılması Saytlarin yigilmasi

Bunları “Report”a Laçın sakini, keçmiş məcburi köçkün Rahilə Cabbarova deyib.

“Allah şəhidlərimizə rəhmət eləsin, yerləri cənnət olsun, qazilərimizə şəfa diləyirəm. Neçə illər Laçınsız yaşamışam, amma bu yaşamaq deyildi. Həmişə yuxularımda ata yurdumu görürdüm. Allaha hər zaman dua edirdim ki, yurdumuza qayıdaq.

Vətənin hər bir qarışı bizim üçün əzizdir, amma insanın doğulub boya-başa çatdığı yer daha əzizdir. Otuz bir il həsrətlə yaşadığımız o nisgilli dönəm şükür ki, artıq bitib”, – o qeyd edib.

R.Cabbarova deyib ki, indi Laçın dövlətimizin səyi, diqqəti, qayğısı ilə əvvəlki şöhrətinə qayıdır, gündən-günə abadlaşır, gözəlləşir: “Bura çatanda Laçının gözəl çağlarını gördüm. Müasir evlər, abadlaşan yollar və Laçınımızın göz oxşayan təbiəti bizləri yenidən valeh etdi. İndi bizim üçün həyat yenidən davam edir”.

Qeyd edək ki, bu gün Abşeron rayonunda, Bakı, Sumqayıt şəhərləri ərazisindəki yataqxana, sanatoriya, keçmiş pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 10 ailə – 40 nəfər köçürülüb. Bununla da Laçın şəhərində 325 ailə, yəni 1 245 nəfərin daimi məskunlaşması təmin edilib.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button