2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Sakin: “Ömrümün qalan illərini Laçında keçirəcəyəm”

“Ömrümün qalan illərini Laçında keçirəcəyəm”.

Saytların yığılması Saytlarin yigilmasi

Bunu “Report”a açıqlamasında bu gün Laçına köçən sakin Kəmalə Bayramova deyib.

31 ildir ki, Laçınsız olduğunu bildirən sakin ömrünün qalan hissələrini doğma yurdunda keçirmək istəyir:

“Çox şükür ki, uzun illərdən sonra biz evimizə qayıtdıq. Mən Laçının ilk şəhidlərindən olan Sadıqov Rzanın bacısıyam. Laçın mənim üçün əzizlərimin yurdu deməkdir. Torpaqlarımızı işğaldan azad etdiyi, bizi yenidən torpaqlarımıza qaytardığı üçün Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm”.

K.Bayramova qeyd edib ki, Laçın bu gün öz ucalığı ilə sakinlərini qarşıladı: “Laçına daxil olanda elə hiss etdim ki, sanki bu yurd öz sakinlərini gözləyib, bizim üçün darıxıb. Laçına gələndə sanki yenidən yaşamağa başladım. Ürəyimdəki vətən həsrəti yox oldu. Bu gün artıq mən öz obama, elimə qovuşdum”.

Qeyd edək ki, bu gün Abşeron rayonunda, Bakı və Sumqayıt şəhərləri ərazisindəki yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 10 ailə – 40 nəfər köçürülüb. Bununla da Laçın şəhərində 325 ailə, yəni 1245 nəfərin daimi məskunlaşması təmin edilib.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button