2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Sanksiyalardan sonra Rusiyanın aviasiya sektoru çətin vəziyyətə düşüb

“Reuters” yazır ki, Rusiya xaricdə istehsal olunan təyyarələrdən asılıdır

Rusiya aviasiya sektorunu havada saxlamaq üçün 12 milyard dollardan çox pul xərcləyib.

Bu, Moskvanın Ukraynaya müdaxiləsi nəticəsində Qərbin sanksiyalarından sonra baş verib.

Saytların yığılması Saytlarin yigilmasi

Belə ki, aviasiya üçün lazım olan əsas hissələrin və texniki xidmətlərin tədarükü dayanıb. Bu da Rusiyanın aviasiya sektorunu ayaqda saxlamaq üçün 12 milyard dollardan çox dövlət subsidiyaları və kreditlər ayırmasına səbəb olub.

“Reuters” yazır ki, Rusiya xaricdə istehsal olunan təyyarələrdən asılıdır. Bu ölkənin aviasiya sənayesini təkcə yerli ehtiyat hissələri ilə inkişaf etdirməsi mümkün deyil. Sanksiyalardan sonra isə Rusiya həm təyyarə ehtiyatları, həm texniki xidmət, həm də təyyarə almaq kimi çətin vəzifə ilə üz-üzə qalıb.

Qərb təyyarə istehsalçıları “Airbus” və “Boeing” 2022-ci ilin martında Rusiyaya xidmət və ehtiyat hissələrinin tədarükünü dayandırıb. Beləliklə, ölkənin əsas aviaşirkəti olan “Aeroflot” texniki xidmət dəstəyindən məhrum qalıb.

O vaxtdan bəri Rusiya mülki aviasiya sənayesinə, o cümlədən təyyarə istehsalına və aviaşirkətlərə maliyyə yardımına 1,09 trilyon rubl (12,07 milyard dollar) xərcləyib.

Xərclərin COVID-19 pandemiyasının hava səyahətinin kəskin azalmasına səbəb olduğu 2020-2021-ci illərdə edilən ödənişlərdən 547 milyard rubldan təxminən iki dəfə çox olduğu bildirilir. Bu da Kremlin mühüm sənayeyə nəzarəti ələ keçirmək səylərinin miqyasından xəbər verir.

“Təyyarə parkımız xaricdə istehsal olunan nəqliyyatlarla yüklənib”, – Prezident Vladimir Putin ötən həftə açıqlamalarından birində belə deyib. Əlavə edib ki, 2030-cu ilədək 1000-dən çox təyyarə istehsal etməyi planlaşdırırlar.

İsveçrənin aviasiya kəşfiyyatı təminatçısı olan “ch-aviation”-a görə, hazırda Rusiya aviaşirkətlərinin 991 təyyarədən ibarət parkı var. 405-i Rusiya istehsalı olan təyyarələrdir.

Rusiya Sənaye və Ticarət Nazirliyi bildirib ki, təyyarə istehsalına dəstək gələcək illər üçün də davam etdiriləcək.

“Əsas diqqət satışın dəstəklənməsi, istehsal potensialının genişləndirilməsi və satışdan sonrakı xidmət sisteminin yaradılmasına yönəldilib”, – nazirlikdən bildirilib.

Qərb aviasiya analitikləri deyirlər ki, sərmayələr ən yaxşı halda donanmanın uçuşunu davam etdirəcək, lakin Ukraynadakı münaqişə bitsə belə, təyyarələrin tezliklə Qərb bazarlarına qayıdacağı şübhə altındadır.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button