2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Sankt-Peterburq şəhərində “Zəfər” konfransı təşkil edilib

Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycanın Zəfər Gününə həsr olunmuş “Zəfər” adlı konfrans keçirilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə “Report”a Diaspora üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, “Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Azərbaycan Milli-Mədəniyyət Muxtariyyəti” şəhər ictimai təşkilatı tərəfindən təşkil edilən tədbirdə müxtəlif icmaların nümayəndələri və soydaşlarımız iştirak ediblər.

Tədbir öncəsi “Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Azərbaycan Milli-Mədəniyyət Muxtariyyəti”nin üzvləri Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğunun əməkdaşları ilə birlikdə müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin bu şəhərdəki barelyefini ehtiramla ziyarət ediblər.

Konfrans ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Sonra Diasporla İş üzrə Dövlət Komitəsinin adından konfrans iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edən şöbə müdiri Ruslan Quliyevin videomüraciəti nümayiş olunub.

Konfransı giriş sözü ilə “Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Azərbaycan Milli-Mədəniyyət Muxtariyyəti”nin sədri Vaqif Məmişov və Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulu Sultan Qasımov açıblar.

Tədbir “Rossiya-1” telekanalının hazırladığı “Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Kənardan baxış” adlı reportajının təqdimatı ilə davam edib.

Konfransda çıxış edən qonaqlar xalqımızı və Azərbaycan Prezidenti İlham Əliyevi parlaq Qələbə münasibətilə təbrik ediblər.

Bədii hissədə “Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Azərbaycan Milli-Mədəniyyət Muxtariyyəti”nin nəzdindəki “Xəzər” xoreoqrafiya ansamblı konsert proqramı ilə çıxış edib.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button