2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Sankt-Peterburqda Zəfər Günü qeyd edilib

Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycanın Baş Konsulluğunun və Azərbaycan milli-mədəni muxtariyyətinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.

Saytların yığılması Saytlarin yigilmasi

Baş Konsulluqdan “Report”un Rusiya bürosuna verilən məlumata görə, tədbir öncəsi Baş konsul Sultan Qasımov və diplomatları, diaspor sədri Vaqif Məmişev və diaspor fəalları Ümummilli Lider Heydər Əliyevin Qoroxovaya ev, 6 ünvanındakı barelyefini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Daha sonra tədbir iştirakçıları dəyirmi masaya qatılıblar. Tədbirdə, həmçinin Rusiya ictimaiyyətinin, burada yaşayan, ölkəmizə dost olan digər xalqların icma rəhbərləri, azərbaycanlı tələbə və gənclər iştirak ediblər.

Rəsmi hissənin açılışında 44 günlük müharibədə vətən uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra tədbir iştirakçılarına Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Ruslan Quliyevin soydaşlarımıza ünvanlanmış tədbir çıxışı videoformatda təqdim olunub. Rəsmi hissənin davamında çıxış edən diaspor sədri Vaqif Məmişev və Baş konsul Sultan Qasımov 44 günlük müharibə nəticəsində xalqımızın qazandığı qələbənin tarixi və əlamətdar hadisə olduğunu vurğulayıblar.

Tədbir çərçivəsində, həmçinin “Rusiya 1” dövlət kanalında “Vesti nedeli” verilişi çərçivəsində Qarabağla bağlı veriliş nümayiş etdirilib. Rəsmi hissənin yekununda qonaqlara milli rəqsdən ibarət konsert proqramı təqdim edilib, ziyafət verilib.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button